Sumqayıtda fəaliyyət göstərən restoranın fəaliyyəti məhdudlaşdırılıb


Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Corat qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Dadaşov Yusif Cavanşir oğluna məxsus “Dostluq” restoranında yoxlama keçirib.

Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı müəyyən edilib. Belə ki, müəssisədə mal qonşuluğu prinsipinin pozulduğu, mətbəx sahəsinin təmirsiz olduğu, avtonom havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, həmçinin istifadə müddəti bitmiş və markalanması qanunvericiliyin tələblərinə cavab verməyən qida məhsulları aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.