✍️ Baş redaktor Vəli Əliyevin Dünya Azərbaycanlılarına və bütün müsəlman inanclılarına Qurban Bayramı təbriki


Əziz həmvətənlər, dəyərli soydaşlarımız, dünyanın müxtəlif ölkələrində yaşayan bütün Azərbaycanlılar və müsəlman bacı-qardaşlarımız!
Müqəddəs Qurban Bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, ailələrinizə səadət, evlərinizə ruzi-bərəkət, xalqımıza isə birlik və həmrəylik arzulayıram.
Qurban Bayramı yalnız dini bayram deyil, eyni zamanda mərhəmətin, paylaşmağın, insan sevgisinin, yardımlaşmanın və mənəvi saflığın təcəssümüdür. Bu müqəddəs günlər insanları bir-birinə daha da yaxınlaşdırır, qəlblərdə sevgi və şəfqət hisslərini gücləndirir.
Bu əziz bayram günündə şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə Allahdan can sağlığı diləyirik. Uca Yaradan xalqımızı qorusun, dövlətimizi daim güclü və qüdrətli etsin. Qurban Bayramının gətirdiyi mənəvi işıq hər bir ocağa nur, hər bir ürəyə rahatlıq bəxş etsin.
Dünyanın harasında yaşamasından asılı olmayaraq bütün Azərbaycanlıların birliyi, həmrəyliyi və milli-mənəvi dəyərlərimizə bağlılığı daim sarsılmaz olsun.
Bir daha hər kəsi müqəddəs Qurban Bayramı münasibətilə təbrik edir, dualarınızın və qurbanlarınızın Allah dərgahında qəbul olunmasını arzulayıram.
Bayramınız mübarək olsun!
Hörmətlə,
Baş redaktor :
Vəli Əliyev