✍️ Baş redaktor Vəli Əliyev yazır...
Gündəm
Bu gün, 10:11
42
28 May — xalqımızın qürur, şərəf və istiqlal tarixidir. Bu əlamətdar gün təkcə bir təqvim bayramı deyil, həm də Azərbaycan xalqının azadlıq ruhunun, milli kimliyinin və dövlətçilik ənənələrinin təntənəsidir.
1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika kimi tarixə adını qızıl hərflərlə yazdı. Bu müqəddəs irs xalqımızın milli iradəsinin, azad yaşamaq əzminin və vətən sevgisinin ən böyük nümunələrindən biridir.
Bu gün müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və Prezident cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə daha da güclənərək dünyada öz sözünü deyən qüdrətli dövlətə çevrilib. Şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı sayəsində üçrəngli bayrağımız bu gün bütöv Azərbaycanın səmasında qürurla dalğalanır.
28 May — hər bir azərbaycanlının ürəyində vətən sevgisini daha da alovlandıran müqəddəs gündür. Bu əziz bayram münasibətilə bütün xalqımızı, dünya azərbaycanlılarını ürəkdən təbrik edir, ölkəmizə əmin-amanlıq, birlik, inkişaf və daim müstəqil gələcək arzulayıram.
Yaşasın müstəqil Azərbaycan! Yaşasın üçrəngli bayrağımız!
Hörmətlə, Baş redaktor Vəli Əliyev




















