Bu gün Şəhid Həmzə Babaşovun adına layiq bir gəncin həyatında ən unudulmaz günlərdən biridir.
Mənəvi Birlik / Təbriklər
Bu gün, 20:02
39
Birinci Qarabağ müharibəsində Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış Cəbrayıl rayonunun Mərcanlı kənd sakini, əziz şəhidimiz Həmzə Babaşovun adını daşıyan qardaşı oğlu Həmizənin toy günüdür.
Həmizənin bu müqəddəs gündə ilk olaraq adını daşıdığı şəhidimizin büstünü ziyarət etməsi onun mənəvi köklərinə, şəhid adına və Vətən ruhuna olan hörmətinin bariz nümunəsidir. Bu addım göstərir ki, şəhidlər yalnız xatirələrdə deyil, yetişən nəslin qəlbində yaşayır. Ad daşımaq təkcə bir oxşarlıq deyil, həm də məsuliyyət, vəfa və mənəvi bağlılıqdır.
Bu gözəl ailənin qurulmağı münasibətilə Həmizəni ,Onun ailəsini ürəkdən təbrik edir, ona və qurduğu gənc ailəyə sevgi, qarşılıqlı hörmət, ruzi-bərəkət və ömür boyu xoşbəxtlik arzulayıram. Allah ocaqlarını daim isti, süfrələrini bol, sevgilərini isə əbədi etsin.
Qoy şəhidimizin müqəddəs ruhu bu ailənin üzərində daim nur olsun. Çünki şəhidlərin adı ilə başlayan yolların sonu həmişə qürur, mərdlik və xeyir-dua ilə tamamlanır.
Bir daha Həmizəyə xoşbəxt ailə həyatı arzulayır, hər iki ailəni bu əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edirəm.
✍️Vəli Əliyev




















