Balaca Ürəklərə Böyük Dualar
Təbriklər
Bu gün, 09:34
53
Qəzetimizin dəyərli üzvlərindən olan Kərimov Bayramın əziz oğulları — Vahid və Rəhimin sünnət mərasimi münasibətilə onları və ailələrini ürəkdən təbrik edirik.
Bu gözəl gün hər bir ailə üçün həm mənəvi, həm də unudulmaz bir sevincdir. Övlad sevincindən böyük xoşbəxtlik yoxdur. Bu gün Vahid və Rəhim müsəlmanlığın gözəl adətlərindən birini yerinə yetirərək ailələrinə ikiqat qürur və sevinc yaşadırlar.
Arzu edirik ki, balalarımız sağlam, mərifətli, vətəninə və millətinə layiqli övladlar kimi böyüsünlər. Üzlərindəki məsum təbəssüm, gözlərindəki nur daim həyat yollarını işıqlandırsın. Allah onları qorusun, tale yollarını açıq, ömürlərini bərəkətli etsin.
Kərimov Bayram başda olmaqla bütün ailəni bu əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edir, süfrələrindən ruzi-bərəkətin, evlərindən sevincin əskik olmamasını arzulayırıq.
Allah xoş günlərini çox etsin!
Vəli Əliyev




















