Gənc Aşıq Fəqan Uçarlını Doğum Günü münasibəti ilə təbrik edirik



Sazın sehrini gənc ruhunuzla yaşadan, milli musiqimizin kökünü bu günə, bu gününü sabaha daşıyan sənət yolunuz daim işıqlı olsun. Səsinizdə elin-obanın nəfəsi, sözünüzdə ata-baba hikməti, ifanızda isə saf duyğular yaşayır.
Allah Sizə möhkəm can sağlığı, tükənməz ilham, sənətinizdə yeni zirvələr və daim xalq sevgisi nəsib etsin. Sazınız susmasın, ocaq başları Sizin avazınızla isinməyə davam etsin.
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm!
Hörmət və səmimiyyətlə,
Baş redaktor:
Vəli Əliyev