Əziz anamız yubleyin mübarək !
Təbriklər
Dünən, 21:55
13
Bu gün bir insanın təkcə doğum günü deyil... Bu gün bir ocağın istiliyini qoruyan, bir ailəni ayaqda saxlayan, ömrünü övladlarına çıraq edən müqəddəs ANA obrazının bayramıdır.
60 il... Bir ömrün sadəcə yaşı deyil bu... 60 il zəhmət, 60 il fədakarlıq, 60 il mərhəmət, 60 il ailə yükünü çiyinlərində daşımaq deməkdir.
Ana — Allahın yer üzündə insanlara bəxş etdiyi ən böyük mərhəmətdir. Ana sevgisi dünyanın ən saf sevgisi, ana ürəyi isə ən müqəddəs məbədidir.
Azərbaycan anası hər zaman ailənin dayağı olub. O, bəzən evinin çırağı kimi yanıb, bəzən övladının dərdini öz canında yaşayıb, bəzən də göz yaşını gizlədib ki, balasının üzü gülsün.
Ana yorulanda da gülümsəyər... Ağlayanda da dua edər... Öz dərdini unudub övladının yükünü çəkər. Çünki ana olmaq sadəcə övlad dünyaya gətirmək deyil — bir ömür özünü övladına həsr etməkdir.
Bu gün 60 yaşını qeyd edən anamız da məhz belə analardandır... Ömrünü ailəsinə bağlayan, övladlarını halal zəhmətlə böyüdən, evinə sevgi, mərhəmət və bərəkət gətirən Azərbaycan qadınıdır.
Onun əllərinin hər xəttində zəhmət izi var... Saçlarının hər ağ telində keçən illərin yorğunluğu... Amma ürəyində hələ də ana sevgisinin dəyişməyən istiliyi yaşayır.
O, övladlarını böyüdərək təkcə övlad yetişdirməyib... ailənin təməlini qurub. İki oğul və beş oğlan nəvəsini vətənpərvər ,milli mənəvi dəyərlər ruhunda tərbiyyə edərək yeddi əsgər , yəni iki əsgər anası, beş əsgər nənəsi olub. Vətənə xidmət etmək üçün onları milli ruhda böyüdüb. Bu gün nəvələrinin “nənə” deyib boynuna sarılması onun ömrünün ən böyük mükafatıdır.
Çünki insanın dünyada qazandığı ən böyük sərvət sevgi ilə qurduğu ailə, arxasında qoyduğu xoş ad və etdiyi dualardır.
Ana evin bərəkətidir... Ana ocağın sönməyən çırağıdır... Ana ailənin dağılmayan sütunudur.
Ana olan evdə ümid ölməz. Ana olan evdə mərhəmət yaşayar. Ana olan evdə Allahın rəhməti əskik olmaz.
Bu əziz gündə anamızı 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona sağlam ömür, rahat günlər, sevgi dolu illər arzulayırıq.
Allah bütün anaları qorusun! Analı evlərin işığı heç zaman sönməsin!
60 yaşınız mübarək, əziz anamız!
SƏNİ TƏBRİK EDİR!
Ailən, övladların və nəvələrin adından
Böyüg oğlun Vəli




















