Bu gün xristian aləminin ən müqəddəs bayramlarından biri olan Pasxa bayramı qeyd olunur.


Bu əlamətdar gün münasibətilə Azərbaycanın bütün xristian icmasını səmimi qəlbdən təbrik edirəm.
Tarixən müxtəlif dinlərin və mədəniyyətlərin dinc yanaşı yaşadığı ölkəmizdə tolerantlıq və qarşılıqlı hörmət ən yüksək dəyərlərdən biri kimi qorunub saxlanılır. Pasxa bayramı da bu mənəvi dəyərlərin, yenilənmə, ümid və mərhəmət hisslərinin təcəssümüdür.
Bu əziz gündə hər birinizə möhkəm cansağlığı, ailə səadəti, firavan həyat və süfrələrinizə bol ruzi-bərəkət arzulayıram. Qoy bayram sevinciniz daim olsun, qəlbinizdən nur, evinizdən xoşbəxtlik əskik olmasın.
Hörmətlə,
Vəli Əliyev
MİLLİ MƏNƏVİYYAT
müstəqil,beynəlxalq qəzetinin
Baş redaktoru.