✍️ Vəli Əliyev yazır... Nurəddin Qafarovun vəfatı ilə əlaqədar başsağlığı
Mənəvi Birlik
Bu gün, 07:07
26
Dərin hüznlə öyrəndim ki, dəyərli insan Nurəddin Qafarov haqq dünyasına qovuşub.
Bu ağır itki münasibətilə mərhumun ailəsinə, doğmalarına, yaxınlarına, dostlarına və onu tanıyan hər kəsə səmimi qəlbdən dərin hüznlə başsağlığı verir, Uca Allahdan səbir və dözüm diləyirəm.
Allah rəhmət eləsin, məkanı cənnət, qəbri nurla dolu olsun. Rəbbim mərhumu sonsuz mərhəmətinə qovuşdursun, ailəsinə isə bu ağır dərdin öhdəsindən gəlmək üçün səbir və qüvvət nəsib etsin.
İnnə lilləhi və innə iləyhi raciun.
"Şübhəsiz ki, biz Allaha məxsusuyuq (Onun bəndələriyik) və mütləq Ona tərəf qayıdacağıq."
(Bəqərə surəsi, 156-cı ayə)
Hörmətlə,
Vəli Əliyev
"Milli Mənəviyyat" müstəqil, beynəlxalq qəzetinin Baş redaktoru


















