Təbriklər Əzizimiz Əli !
Təbriklər
Bu gün, 09:01
50
Bu gün həyatının ən unudulmaz günlərindən biridir. 17 yaşın tamam olur. Bu yaş artıq uşaqlıqdan gəncliyə, arzuların isə böyük hədəflərə çevrildiyi bir dövrdür. Səni bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, Allahdan sənə uzun ömür, möhkəm can sağlığı, xoşbəxtlik və daim uğurlar arzulayıram.
Sənin 11 illik təhsil həyatını uğurla başa vuraraq Oksford Liseyini bitirməyin və Dubayda universitetə qəbul olmağın ailəmiz üçün böyük sevinc və qürur mənbəyidir. Əminəm ki, çalışqanlığın, əzmkarlığın və gözəl tərbiyən sayəsində bundan sonra da yeni zirvələr fəth edəcək, həm ailəmizin, həm də Vətənimizin adını daim uca tutacaqsan.
Əzizim Əli, harada yaşamağından və təhsil almağından asılı olmayaraq, milli-mənəvi dəyərlərimizə, Vətəninə və ailənə bağlı bir gənc kimi yetişməyin ən böyük uğurlarından biri olacaq. İnanıram ki, qazandığın bilik və təcrübə ilə gələcəkdə cəmiyyətimizə layiqli xidmət edəcəksən.
Doğum günün mübarək olsun, əziz bacıoğlum! Yolun həmişə açıq, qəlbin sevinc dolu, bəxtin işıqlı olsun. Uca Allah səni qorusun, bütün arzularını gerçəkləşdirsin və həyatını uğurlarla bəzəsin.
Sevgi və ən xoş arzularla,
Vəli dayın


















