✍️ Vəli Əliyev yazır...Yeni vəzifə – yeni məsuliyyət, yeni uğurlar!




Azərbaycan media məkanında uzun illər peşəkar fəaliyyəti, səlis nitqi və tamaşaçı rəğbəti ilə seçilən tanınmış aparıcı Zaur Nəbioğlunun AF Holdinqin mətbuat katibi vəzifəsinə təyin olunması sevindirici hadisədir.

Bu təyinat təkcə Zaur Nəbioğluna göstərilən etimad deyil, eyni zamanda peşəkarlığa, zəhmətə və illərlə qazanılmış təcrübəyə verilən yüksək qiymətdir. İnanırıq ki, o, yeni vəzifəsində də öz bilik və bacarığını uğurla nümayiş etdirəcək, AF Holdinqin həyata keçirdiyi layihələrin ictimaiyyətə dolğun və operativ çatdırılmasına mühüm töhfələr verəcək.

AF Holdinq ölkəmizdə müxtəlif sahələri əhatə edən iri layihələri ilə tanınır. Bu kimi böyük və nüfuzlu qurumda mətbuat katibi kimi çalışmaq həm böyük məsuliyyət, həm də yüksək etimad deməkdir. Əminik ki, Zaur Nəbioğlu bu etimadı layiqincə doğruldacaq.

Bu münasibətlə Zaur Nəbioğlunu ürəkdən təbrik edir, ona yeni fəaliyyətində möhkəm cansağlığı, tükənməz enerji, peşəkar uğurlar və yeni nailiyyətlər arzulayıram. Qoy bu təyinat gələcək daha böyük uğurların başlanğıcı olsun.
Milli Mənəviyyat
müstəqil, beynəlxalq qəzetinin
Baş redaktoru:
Vəli Əliyev