Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Gündəm / Səhiyyə və Sağlamlıq
29-05-2024, 09:10
147
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Şəmkir rayonu, Dəllər Cəyir kəndində fəaliyyət göstərən ərzaq satışı mağazasında yoxlama keçirilib.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, mağazada mal qonşuluğu prinsipinə riayət edilmədiyi, satışı həyata keçirilən qida məhsullarının minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən müvafiq sənədlərin mövcud olmadığı və dövriyyəsi zamanı təhlükəsizliyini təmin edə biləcək üsullarla qablaşdırılmadığı, işçilərin dövri tibbi müayinədən keçirilmədiyi və xüsusi geyimlə təmin olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı müəyyən olunub. Həmçinin mağazada etiketlənmə tələbləri pozulmuş və yararlılıq müddəti ötmüş məhsullar aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti nəzarətə götürülüb. Eyni zamanda istehlaka yararsız qida məhsullarının məhv edilməsi ilə bağlı qərar qəbul edilib.
İstinad: afsa.gov.az