Doğum gününüz mübarək!
Təbriklər
Dünən, 15:54
15
Hörmətli Seyyad Məmmədov!
Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və yeni-yeni uğurlar arzulayıram.
Siz uzun illərdir Azərbaycan mədəniyyətinə, xüsusilə də uşaqların estetik tərbiyəsində mühüm rol oynayan Naxçıvan Dövlət Kukla Teatrının inkişafına dəyərli töhfələr verən, peşəkarlığı, səmimiyyəti və yüksək insani keyfiyyətləri ilə hər kəsin hörmətini qazanan ziyalılardansınız.
Arzu edirəm ki, həyat yolunuz daim sevinc, xoşbəxtlik və uğurlarla zəngin olsun. Yeni yaşınız Sizə sağlamlıq, ailənizə firavanlıq, fəaliyyətinizə isə daha böyük nailiyyətlər bəxş etsin. Dostlarınızın, həmkarlarınızın və Sizi sevən insanların ehtiramı hər zaman Sizinlə olsun.
Doğum gününüz mübarək olsun! Sizə möhkəm can sağlığı, bitməyən enerji və ömrünüzün hər gününün xoş xatirələrlə dolu keçməsini arzulayıram.
Hörmətlə,
Ruzi Süleymanov
A.Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasının direktoru


















