📖 Vergi ödəyicilərinə bank hesablarının açılması proseduru dəyişdirilib.
Gündəm
4-10-2023, 09:28
170
❗️Qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən, 01.10.2023-cü il tarixdən vergi ödəyicisinin banklarda, kredit təşkilatları və poçt rabitəsinin milli operatorunda hesab açmaq üçün vergi orqanından şəhadətnamə-dublikat alması tələbi ləğv edilib və hesablar vergi ödəyicisinin birbaşa bank əməliyyatları aparan şəxslərə müraciəti əsasında açılır.
❗️Qeyd edək ki, yeni dəyişikliklərə əsasən, büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olan vergi ödəyiciləri də bank əməliyyatları aparan şəxslərdə hesab açmaq imkanına malikdirlər. Beləliklə, borclu vergi ödəyicilərinə hesab açmaq üçün qanunla qoyulan məhdudiyyət aradan qaldırılıb.
❗️Bank əməliyyatları aparan şəxslər vergi ödəyicisinin onlara müraciəti əsasında hesab açaraq, məlumatı hesab açıldığı tarixdən 1 iş günü ərzində elektron qaydada vergi orqanına göndərməlidirlər. Vergi ödəyicilərinə məxsus hesablar bank əməliyyatı aparan şəxslər tərəfindən bağlandıqda, bu barədə məlumat hesabın bağlandığı tarixdən 1 iş günü müddətində elektron qaydada Dövlət Vergi Xidmətinə təqdim olunmalıdır.
Əsas: Vergi məcəlləsinin 35-ci maddəsi