13 illik danışıq və proseduralardan sonra yanvarın 1-də Rumıniya və Bolqarıstan Şengen zonasına daxil olub.

Mart ayında iki ölkənin hava limanlarında sərhəd nəzarəti ləğv edilmişdi. Bu gün isə əlavə olaraq quru yollarında yerləşən nəzarət məntəqələri də yığışdırılıb.

1985-ci ildən formalaşan Şengen zonasına Avropa İttifaqının üzvü olan 25 ölkə, eləcə də Aİ üzvü olmayan İsveçrə, Norveç, İslandiya və Lixtenşteyn daxildir. Şengen sistemi bu zona daxilində 400 milyon insanın sərhəd nəzarəti olmadan sərbəst hərəkətinə imkan yaradır.