Emin Əlizadə Azərbaycanın Kino tarixi
Mədəniyyət və İncəsənət
27-01-2023, 09:46
150
Fransada ilk kino seansından vur tut iki il yarım sonra Bakıda da ilk kinosüjetlər lentə alındı.Belə süjetlər və xaricdən gətirilən filmlər şəhərimizin teatr-sirkində,kafelərdə, pasajlarda, kino üçün ayrılmış xüsusi yerlərdə,hətta Bakıdakı məşhur "Fantaziya" hamamının gözləmə salonunda göstərildi. Uzun illər Azərbaycan kinosunun tarixi ikiseriyalı "Neft və milyonlar" səltənətində bədii filminin 1916-cı il mayın 14-də ekranlara buraxıldığı gündən hesablanırdı.Və bu kinolent milli kinomuzun ilk qaranquşu hesab olunurdu. Yaxın qonşuları və uzaq ölkələrlə karvan və dəniz yolu vasitsilə daim əlaqə saxlayan, ticarət edən Azərbaycan torpağı qədim yaşayış məskənidir. Azərbaycanın, onun paytaxtı Bakının adına müxtəlif dövrlərə aid mənbələrdə tez-tez rast gəlirik. XIX əsrin 70-ci illərindən sonra Bakının yüksəliş dövrü başlamışdır. O vaxtlar neft sənayesinin genişlənməsi, kapitalisе münasibətlərinin inkişafı kiçik feodal şəhərinin misli görünməmiş yüksəlişinə həledici təsir göstərmişdir. Bakı tez bir zamanda quberniya mərkəzindən Rusiyanın irimiqyaslı birinci dərəcəli neft sənayesi mərkəzinə çevrilmişdir.O dövrdə neft "bumu" dünyanın diqqətini Bakıya cəlb etmişdi. Şəhər iqtisadiyyatının inkişafı çoxlarını bu yerlərə çəkib gətirirdi. Milli burjuaziya öz mövqelərini günü-gündən möhkəmləndirirdi.Yadelli kapitalistlər Bakıya sərvət toplamaq, varlanmaq həvəsilə gəlirdilər.Bakıya ucuz işçi qüvvəsi və müxtəlif sənət adamları da daimi yaşamaq və işləmək üçün axışırdılar.Misal üçün,"Kaspi" qəzetinin 20 may 1899-cu il tarixli sayında yazılmışdır. "Bakıya fəhlə axını hələ də davam edir,demək olar ki,Həştərxandan Bakıya paroxodla Volqaboyu quberniyalardan 100,hətta daha çox rus fəhləsi gəlir" Əlbəttə,bu fəhlələr əsasən Bakıda qalıb Abşeronun neft mədənlərində işə düzəlirdilər. Göründüyü kimi ,neft 19-cu əsrin 2 yarısından sonra böyük iktisadi və strateji əhəmiyyət kəsb edirdi. Belə bir vaxta Fransada ixtira olunmuş sinematoqraf dünyanın ən iri şəhərlərində olduğu kimi ,çox keçmədən Bakıda da peyda oldu.Tezliklə neft Bakısında yerli həyatdan bəhs edən müxtəlif mövzuda ilk kinosüjetlər çəkildi. 1898-ci il yanvarın 8-də Bakıda xarici filmlər göstərilməyə başlandı.Həmin il iyunun 21-də Bakıda Vasil-Vyatskinin teatr-sirkində sirk tamaşası zamanı Bakı həyatından bəhs edən "Şəhər bağında xalq gəzintisi","Qatarın dəmir yol stansiyasına daxil olması","Qafqaz və merkuri"cəmiyyətinəməxsus paroxodun limandan yola düşməsi və "Bazar küçəsi sübh çağı"kinosüjetləri nümayiş etdirildi.Eksperiment xarakteri daşıyan bu baxışdan fərqli olaraq ,həmin il avqustun2-də yeni proqram müstəqil şəkildə göstərildi.bu proqrama "Bibiheybətdə neft fontanı yanğını", Əlahəzrət Buxara əmirinin "Velikiy knyaz aleksey" paroxodunda yola salma mərasimi, "Qafqaz rəksi" xronikal –sənədli və "ilişdin" bədii kinosüjetləri daxil edilmişdir.Bu kinosüjetləri Fransız yəhudisi,Rusiyada anadan olub böyümüş,25 ildən artıq bakıda ya.ayıb işləmiş ,Bakı elmi foto dərnəyinin katibi,naşir vəfotoqraf Aleksandr Mixayıloviç Mişon lentə almışdır.Həmin kinosüjetlərdən 2-si-"Bibiheybətdə neft fontanı yanğını" və"Balaxanıda neft fontanı" 2001-ci ildə AZərbaycan Dövlət Filmfondunun təşəbbüsü ilə Fransanın kinoarxivindən Azərbaycana göndərilmişdir.Həmin kinosüjetlər hazırda filmfonda 35 mm-lik plyonkada və videokasetdə qorunub saxlanılır. XIX əsrin sonunda Fransada yaranan dünya kinosu Azərbaycanda da gəlib çıxır. Beləliklə də, 1896-cı ilin II yarısından Bakıda fransız filmləri nümayiş etdirilir, hədiyyə mağazalarında sehirli fənərlər və gözəl şəkilləri olan stereoskoplar, optik mağazalarda ,auksionlarda Lümyer qardaşlarının kinoapparatları satışa qoyulur. Bakı elmi foto dərnəyinin katibi, bakılı fotoqraf Aleksandr Mixayloviç Mişonun küçəsində (indiki Əziz Əliyev küçəsi – A.K.) fotoatelyesi var idi. A.M. Mişon 1898-ci ilin mayından başlayaraq, Bakı həyatından bəhs edən bir neçə kinosüjet çəkir. O, “Şəhər bağında xalq gəzintisi”, “Qatarın dəmiryol stansiyasına daxil olması”, “Qafqaz və Merkuri” cəmiyyətinə məxsus paroxodun limandan yola düşməsi”, “Bazar küçəsi sübhçağı” kinosüjetlərini ilk dəfə 1898-ci il iyunun 21-də Vasil-Vyatskinin teatr-sirkində sirk tamaşası ilə birgə seansda nümayiş etdirir. O vaxt “Kaspi” qəzeti bu hadisəni fövqəladə, maraqlı birgə seans adlandırmışdı.
A.M.Mişonun təşkil etdiyi ilk kütləvi kino baxışı eksperiment xarakteri daşısa da uğurlu alındığına görə o, bundan həvəslənmiş və ikinci kino repertuarını heç biryardımçı proqram olmadan 1898-ci il avqustun2-də həmin teatr-sirkdə göstərmişdir. Bu dəfə A.M.Mişon nümayiş üçün proqrama “Bibiheybətdə neft fontanı yangını”, “Əlahəzrət Buxara əmirinin “Velikiy knyaz Aleksey” paroxodunda yolasalma mərasimi”, “Qafqaz rəqsi”, “İlişdin” adlı yeni kinosüjetlər daxil etmişdi.
İkinci proqram Fransada ilk dəfə göstərilən filmlərlə analoq olduğuna , burada neft mövzusu üstünlük təşkil etdiyinə, “İlişdin” adlı bədii kinosüjet daxil edildiyinə görə əsas göstərilmiş və Azərbaycan Respublikasının Prezidenti H. Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə 2 avqust kino işçilərinin peşə bayramı – Azərbaycan kinosu günü elan olunmuşdur.“Kaspi” qəzetinin 10 oktyabr 1898-ci il tarixli nömrəsində dərc edilmiş elanda filmlərin nümayişi üçün istifadə olunan Lümyer qardaşlarının kinematoqrafı haqqında məlumat verilir. Bu məlumatda deyilir ki, fotoqraf A.M.Mişonun göstərdiyi kinoapparat Rusiayda yeganə aparatdir. Bu aparat hərəkət edən şəkillər çəkir və təsviri 5 sajen(rus uzunluq ölçüsü, üç arşına bərabərdir (2,13 m) – A.K) böyüklükdə səhnədə canlandırır. 1906-cı ildə Bakıda kinomexanik işləyən, sonralar isə gürcü kinosunun yasasını qoyanlardan biri olan V.Amaşukeli o zamanlar əlinə kinokamera götürüb bu sahədə öz qüvvəsini sınamağa başlamış və 1907-ci ildə Bakı həyatından bəhs edən “Bakı bazarlarının tipləri”, “Daş kömür daşınması”, “Dəniz kənarında gəzinti”, “Neft buruqlarında iş”, “Neftin cıxarılması”, kinooperator M.qrossman isə 1908-ci ildə “Ağ və qara şəkər”, “Balaxanı”, “Nobelin zavodları” kinosüjetlərini lentə almışlar.