Zirvəyə aparan qətiyyət: Lənkəran polisinin əməkdaşı Kərimli Heydər birinciliyin sahibi oldu
Təbriklər
Bu gün, 19:18
96
Lənkəran Rayon Şəhər Polis İdarəsində keçirilən “Silahsız özünü müdafiə” yarışı yüksək rəqabət və böyük ruh yüksəkliyi şəraitində başa çatmışdır. Yarışın qalibi – birinci yerin sahibi Lənkəran polisi Kərimli Heydər olmuşdur.
Bu möhtəşəm qələbə yalnız bir idman uğuru deyil, həm də peşəkarlığın, iradənin və vətənə sədaqətin parlaq nümunəsidir. Kərimli Heydər nümayiş etdirdiyi çeviklik, dözümlülük və yüksək hazırlıq səviyyəsi ilə bütün iştirakçılar arasında seçilərək birinciliyi layiqincə qazanmışdır.
Biz onu ürəkdən təbrik edir, xidmətində və gələcək yarışlarda daim yeni-yeni zirvələr fəth etməsini arzulayırıq. Bu qələbə ilə qürur duyuruq, onun uğuru hər birimiz üçün sevinc və fəxr mənbəyidir.
Səninlə fəxr edirik, Kərimli Heydər! Uğurların davamlı və daha böyük olsun!
Milli Mənəviyyat
müstəqil,beynəlxalq qəzetinin
Baş redaktoru:
Vəli Əliyev
















