Lənkəran Rayon Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə onun əziz xatirəsinə həsr olunmuş “Silahsız özünü müdafiə” yarışı keçirilmişdir.



Tədbir iştirakçıları əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Bu sükut yalnız anım deyil, həm də milli yaddaşın, vətənə sədaqətin və dövlətçilik ənənələrinin ifadəsi kimi dərin mənəvi məna daşımışdır.
Ardınca yarışa start verilmişdir. Yarış iştirakçıları silahsız özünü müdafiə üzrə bacarıqlarını nümayiş etdirərək fiziki hazırlıq, çeviklik və peşəkarlıq səviyyələrini ortaya qoymuşlar. Bu cür tədbirlər hüquq-mühafizə orqanlarının əməkdaşlarının hazırlıq səviyyəsinin artırılması ilə yanaşı, onların vətənpərvərlik ruhunun möhkəmləndirilməsinə də mühüm töhfə verir.
Qeyd olunmuşdur ki, Heydər Əliyevin zəngin dövlətçilik irsi bu gün də Azərbaycan hüquq-mühafizə orqanları üçün örnək olmaqda davam edir. Onun ideyaları əsasında formalaşan milli ruh və peşəkarlıq prinsipləri bu gün də fəaliyyətin əsas istiqamətlərindən biri kimi qorunur.
Yarışın sonunda qaliblər müəyyən edilərək mükafatlandırılmış, iştirakçılara isə gələcək xidmət fəaliyyətlərində uğurlar arzulanmışdır.

Milli Mənəviyyat
müstəqil,beynəlxalq qəzetinin
Baş redaktoru:
Vəli Əliyev