Duyğular
Mənəvi dəyərlər
21-07-2025, 08:39
100
Hər şeydən qaçmaq istədiyin anlar olur.
Amma hara getsən, özündən qaça bilmirsən.
Səni incidən insanlar deyil, onlara verdiyin dəyər olur.
Yoran yollar deyil, o yollarda gözlədiyin, heç gəlməyən adamlar olur.
Bir gecə tək qalırsan... Telefon səssiz, pəncərə açıq, külək içini eşidir sanki.
Və anlayırsan ki, tək qalmaq - tək olmaq deyilmiş.
Tək qalmaq, çoxlarının içində heç kimə görünmədən susmaq imiş.
Keçmişin, halın, itirdiklərin, gözlədiklərin - hamısı bir səhnə kimi qarşında.
Səni anlayan yoxdur. Danışsan acıyacaqlar, susanda isə vecə almayacaqlar.
Bəzən istəyirsən biri gəlib desin: "Heç nə demə, mən burdayam."
Amma o kimsə gəlmir. Gəlməyəcək də bəlkə...
Amma sən burdasan.
Varlığınla səssiz qışqırırsan:
"Deyiləm yaxşı, amma davam edirəm."
Çünki dayanmaq daha çox ağrıdır.
Və sən ağrını da özünə öyrətmisən.
Vəli Əliyev