Rejissor Mikayıl Mikayılovun yaradıcılığı
Mədəniyyət və İncəsənət
14-02-2023, 21:39
176
Mikayıl Yusif oğlu Mikayılov (1903-1986) Bakıda anadan olmuşdur. 1921-24-cü illərdə Bakı universitetinin tibb fakültəsində oxumuş, bir müddət mətbuatda çalışmış, lakin ədəbiyyat və incəsənətə, xüsusilə kinoya böyük maraq onu kinofabrikə gətirmişdir. C. Cabbarlının məsləhətilə o, 1925-27-ci illərdə kinofabrik nəzdində fəaliyyət göstərən kino aktyoru kursunda təhsil almış, eyni zamanda “Müxtəlif sahillərdə”, “Gilan qızı” filmlərində rejissor köməkçisi işləmişdir.
1930-cu ildə M. Mikayılov öz ssenarisi əsasında “Lətif” bədii filminə quruluş vermişdir. Film Azərbaycan kəndində kolxoz quruculuğuna və kəndin yeni adamlarına həsr olunmuşdur. Bundan sonra “İsmət” (1934, ilk azərbaycanlı təyyarəçi qadın Leyla Məmmədbəyovaya ithaf edilib), “Altıncı hiss” (1935, neft sənayesi, bu sahədə çalışan adamlar haqqında), Q. Aleksandrov və Təhmasiblə birgə “Bir ailə” (1943, II Dünya müharibəsi illərində adamların vətənpərvərliyindən və dostluğundan bəhs edir), R. Təhmasiblə birgə “Mahnı belə yaranır” (1957, Dağıstanın xalq şairi Süleyman Stalskinin həyatı, yaradıcılığı və ictimai fəaliyyəti haqqında) bədii filmlərini çəkmişdir.
Tamaşaçılar M. Mikayılovu kinoda, əsasən ikinci planda çəkilsə də, bir kinoaktyor kimi də tanıyırlar. O, “Müxtəlif sahillərdə” (epizod), “Vulkan üzərində ev” (epizod), “Kəndlilər” (bəy oğlu), “Bakının işıqları” (ingilis zabiti), “Mahnı belə yaranır” (Biçeraxov), “Bakıda küləklər əsir” (Həsənzadə) filmlərində müxtəlif rollar ifa etmişdir.
Rejissor M. Mikayılov bədii filmlər yaratmaqla yanaşı, sənədli filmlər üzərində də işini müntəzəm olaraq davam etdirmişdir.
O dövrdə nəinki Azərbaycanda, ümumiyyətlə Sovetlər İttifaqında sənədli kinematoqrafiya yenicə inkişaf edirdi. Bu yol heç də hamar və asan deyildi. Sənədli kino sahəsində çalışan hər bir sənətkar həyatı istədiyi kimi görürdü. Lakin yaradıcılıq axtarışları mürəkkəb olduğu qədər də maraqlı idi.
Respublikamızda kinematoqrafın, o cümlədən sənədli kinonun yaradıcılarından biri olan M. Mikayılov 30-cu illərdə “ Tütünçülük” (tütünçülük sahəsində qazanılan uğurlar barədə), “Birinci Azərbaycan spartakiadası ” (müxtəlif idman növləri üzrə keçirilən spartakiada haqqında), “Cəfər Cabbarlının dəfni” (dramaturqun dəfn mərasimi və ümumxalq matəmi barədə), “Qanköçürmə” (donorluq və onun əhəmiyyəti haqqında), “Şərqin astanasında” (Azərbaycanın nailiyyətləri barədə), 40-cı illərdə “İyirminci bahar” (B. Yeremeyevlə birgə, Azərbaycanın sovetləşməsinin 20 illiyinə həsr olunub), “Qələbə bayramı” (respublikamızda faşizm üzərində qələbənin bayram edilməsi haqqında), “Topçubaşovun aparatı” (görkəmli cərrahın tibb elmindəki yeni ixtirası haqqında), “Qaliblər adası” (Artyom adası neftçilərinin həyatından danışır), “25 il Leninsiz” və “Lenin yolu ilə” (Leninin vəfatının ildönümü münasibətilə), “Bakıda Stalinin olduğu yerlər” (Stalinin Bakıda inqilabi fəaliyyəti barədə), 50-ci illərdə “Azərbaycan zeytunu” (Abşeronda zeytun plantasiyalarının genişləndirilməsi və zeytunun müalicəvi əhəmiyyəti haqqında), “Respublika stadionu” (stadionun təntənəli açılışı barədə), “Azərbaycan atları” (Ağdam atçılıq təsərrüfatında Qarabağ atlarının yetişdirilməsi barədə), “Nizami” (N. Gəncəvinin həyat və yaradıcılığına həsr olunub) və s. sənədli və elmi-kütləvi filmlər yaratmış, kinojurnallar üçün 400-ə yaxın kinosüjet çəkmişdir.
1. Lətif (film, 1930)(tammetrajlı bədii film)
2. Tütünçülük (film, 1930)(qısametrajlı sənədli film)
3. Gözlərinizi qoruyun (film, 1931)(qısametrajlı sənədli film)
1. İsmət (film, 1934)(tammetrajlı bədii film)
2. Altıncı hiss (film, 1935)(tammetrajlı bədii film)

Emin Əlizadə