Əziz Abbas Seyidov, Vətən müharibəsinin şərəfli veteranı!


Sizi doğum gününüz münasibətilə ürəkdən, səmimi qəlbdən təbrik edirəm. Bu gün təkcə bir insanın deyil, Vətən üçün canını, qanını əsirgəməyən bir igidin ömür səhifəsinə yazılan müqəddəs gündür.

Siz döyüş meydanında göstərdiyiniz cəsarətlə, torpağa olan sevginizlə, bayrağa sədaqətinizlə bir nəslin qürur yerinə çevrilmisiniz. Sizin kimi oğulların sayəsində bu torpaqda başımız dik, alnımız açıqdır. Vətən sevgisi sizdə sözlə yox, əməl ilə sübut olunub — bu isə ən uca və ən müqəddəs dəyərdir.

Arzu edirəm ki, ömrünüz uzun, sağlamlığınız möhkəm, ailəniz daim firavan olsun. Qazandığınız hörmət, qazandığınız ad həmişə Sizinlə birgə yol getsin. Allah Sizə və silahdaşlarınıza daim yar olsun, şəhidlərimizin ruhu şad, qazilərimizin qəlbi rahat olsun.

Doğum gününüz mübarək olsun, Vətən oğlu!
Qürur duyuruq Sizinlə.

Hörmətlə,
Vəli Əliyev