Azərbaycan kinematoqrafı 1930-cu illərdə
Mədəniyyət və İncəsənət
28-01-2023, 15:15
156
Sovet hökümətinin ədəbiyyat və incəsənət xadimləri qarşısında qoyduğu mühüm vəzifələrdən biri də sənət əsərlərində tarixi və tarixi-inqlabi mövzunun öz layiqli əksini tapması idi. Bu çağırışa cavab olaraq istər SSRİ-nin mərkəzi studiyalarına, istərsə də milli respublikalarda tarixi, tarixi-inqlabi mövzuda dövr üçün əhəmiyyətli hesab edilən bir sıra filmlər istehsal olundu. Məsələn, S. Eyzenşteyn öünün məşhur “Potyomkin” zirəhli gəmisi”, Vasilyev qardaşları “Çapayev”, M.Romm “Lenin Oktyabrda” və “Tüfəngli adam”, A. Dovjenko “Şors”, A.Beknazarov “Zangezur” bədii filmlərini yaratdılar.
Azərbaycanda isə hələ 1923-cü ildə 26 Bakı komissarı haqqında qəhrəmanlıq kinodastanı yaratmaq ideyası ortaya atılmışdı. 1926-cı ildə yaıçı P.Blyaxin “26 Bakı kommunarının qətli” adlı kinossenari yazıb studiyaya təhvil vermişdi. Filmin quruluşçu rejissoru S.Eyzenşteynə tapşırılmışdı. Lakin müəyyən səbələrə görə çəkilişləri baş tutmamışdı. Nəhayət 1931-ci ildə gürcü rejissoru N.Şengelaya filmin quruluşunu öz üzərinə götürür. Və filmin ədəbi ssenarisi yenidən yazıldı.
“26 komisar” tarixi-inqlabi filmi Bakı komisarlarının inqilabi fəaliyyətindən, onların kommuna uğrunda apardıqları mübarizədən və kommunanın süqutundan bəhs edir. O vaxtlar sovet kino sənətinin əhəmiyyətli əsəri hesab olunan bu film ekranlara çıxarılandan sonra istər kino tənqidi, istərsə də kinematoqrafçılar tərəfindən birmənalı qarşılanmadı. Onlar rejissoru komissarların obrazlarını inandırıcı, filmi bötüvlükdə kompozisiya cəhətdən dəqiq olmamasına, fraqmentar xarakter daşıdığına görə tənqid edirdilər. Hətta “Очерк истории кино СССР” kitabında belə fikirlərə rast gəlirik: “Qeyri-müəyyən, aydın olmayan, “emosional” ssenari üzrə, “intellektual kino” nəzəriyyəsinin birbaşa təsiri altında çəkilmiş, baş rolların “tipaj” ifaçılarının fərdi əlamətlərinə görə fərqlənməyən obrazlar-xarakterlər yaratdıqları film mücərrədliyyə və sxematikliyə mərus qalmışdır. Buna görə də nou haqlı olaraq tənqid edirdilər. Lakin süjetin faciəli olması, kütləvi səhnələrin uğurlu rejissor həlli (şuranın iclası, komissarların güllələnmə səhnəsi), təsviri mədəniyyətin yüksək səviyyəsi (operator Y.Şneyder, rəssam V.Aden) filmin nöqsanlarını müəyyən qədər kompensasiya etmişdir”.
“İşıqlı gələcək” naminə canlarını qurban vermiş 26-lar haqqında uydurmalar uzun illər sovet adamlarının, o cümlədən azərbaycanlıların beyninə yeridilmiş, “inqlab cəngavərlərinə” filmlərdən başqa poemalar, romanlar şeirlər həsr olunmuş, abidələr qoyulmuşdur. Çox-çox sonralar 26-ların böyük əksəriyyətinin başda erməni millətçisi Şaumyan olmaqla cinayətkar daşnak yığınağı faktı üzə çıxarılmasına baxmayaraq, Bakı kommunası mövzusuna Azərbaycan kinematoqrafçıları ikinci dəfə 1966-cı ildə müraciət etmiş və rejissor Ə.İbrahimov “İyirmialtılar” bədii filminə (“Azərbaycanfilm” – “Mosfilm”) quruluş vermişdir.
Hər iki film haqqında onu demək olar ki, bu filmlər yalnız kinematoqrafik məziyyətlərinə görə, sənət baxımından diqqəti cəlb edir. Komissarların xalqımızın “xilaskarı” olmaları haqqında söz-söhbətlər isə cəfəngiyyatdan başqa bir şey deyildir.
Böyük Vətən müharibəsi başlanana kimi Azərbaycan kino işçiləri tarixi-inqlabi mövzuda daha iki bədii film çəkib tamaşaçıların mühakiməsinə vermişlər.
Rejissor V.Turinin lentə aldığı “Bakılılar” bədii filmi kinoepopeyadır. Filmdə 1905-ci ildə Bakıda baş verən inqlabi hadisələrdən, Bakı proletariatının mütləqiyyəti devirmək uğrunda apardığı mübarizədən danışılır. Burada sadə insanlarda inqlabi şüurun necə oyanması, ölkədə cərəyan hadisələrin burulqanında inqlabçıobrazının formalaşması fəhlə Cəfərin simasında öz əksini tapmışdır. Filmin əvvəlində savadsız neftçi-fəhlə Cəfər Məmmədov, Mixaylov, Lidiya Georgiyevna və Zaxarışla tanış olandan sonra o, məhz rus inqlabçılarının təsiri altında bolşevikə çevrilir.
Azərbaycanda qanlı repressiyanın ən qızğın dövründə “Bakılılar” filminin çəkilişi ilə bağlı mətbuatda dərc edilmiş məqalələrin birində deyilir: “Azərfilm” studiyası bu filmin çəkilişinə 1936-cı il iyunun 1-də başlamışdı. Lakin vaxtilə “Azərfilm” studiyasına soxulmuş trotskist-buxarinçi, burjua-milliyyətçi köpəklər çalışırdılar ki, bu film nəticəsiz qalsın, bu inqlabi ideyalı film yararsız olsun. Bu məqsədlə də o quduzlaşmış köpəklər, filmin rejissor ssenarisini təsdiq edilmədən ikinci dərəcəli epizodları çəkməyə başlamışdılar. Beləliklə də, filmin çəkilişi yubandırılmışdır”.
“Azərfilm kinostudiyasının ən bacarıqlı kadrları və istedadlı sənətkarları filmin çəkilişinə bolşevikcəsinə girişdilər və tez bir zamanda filmə bir sıra zərbələr çalmağa səy etmiş əclafların pozuğu işlərini aradan qaldırdılar”.
Məqalədən göründüyü kimi, AzərbaycanKP respublika kinematoqrafçıları qarşısında qoyduğu vəzifə - azərbaqycanlı fəhlənin bolşeviklərə qoşulması, 1905-ci ildə Zaqafqaziyada inqlabı hədisələrdə kommunistlərin rolu “Bakılılar” filmində öz ideoloji həllini bu şəkildə tapdı. O vaxt mətbuatda yazılmışdı ki, “filmin yaradıcıları
öhdələrinə düşən vəzifəni namusla yerinə yetirdilər”.
Lakin Azərbaycan müstəqillik əldə edəndən sonra bu qəbildən olan filmlərə bu günün prizmasından baxmaq, tarixi həqiqətləri olduğu kimi tamaşıçılara çatdırmaq vacibdir. Bununla belə “Bakılılar” filmi bəzi nöqsanlarına baxmayaraq, sənət nöqteyi-nəzərindən o dövrdə Azərbaycan kino sənətində əhəmiyyətli hadisəyə çevrildi.
Digər tarixi-inqlabi filmi- “Kəndlilər”i Azərbaycanın ilk peşəkar kinorejissoru Səməd Mərdanov çəkmişdir. Əvvəlki filmlərdə olduğu kimi, burada da mülkədar kəndlinin başına oyun açır. Bu dəfə də rus fəhləsi, bolşevik Petro kəndliləri inandırmağa çalışır ki, Musavat hakimiyyəti devrildikdən sonra torpaq bəylərin, xanların əlindən alınıb, kasıblar arasında bölüşdürülərək, onlara heç kəs ağalıq etməyəcəkdir.
Filmin sonunda göstərilir ki, XI Qırmızı Ordu zirehli qatarla Azərbaycana daxil olur.
Emin Əlizadə