İnqilabdan əvvəl Azərbaycan kinosu
Mədəniyyət və İncəsənət
28-01-2023, 15:05
145
"Neft və milyonlar səltənətində” filmi 1915-ci ildə “Pirone qardaşları” Bakıda "Filma" Səhmdar Cəmiyyətini yaratdılar.1915-1916-cı illərdə həmin cəmiyyət bir neçə bədii film, o cümlədən "Neft və milyonlar səltənətində" və "Arşın mal alan" kinolentlərini çəkdi. Xüsusilə bu iki filmdə təsvir olunan xalqın adət-ənənəsi, əxlaqı və məişəti o dövrdə tamaşaçılarda böyük maraq doğurmuşdur. "Neft və milyonlar səltənətində" filminin süjeti 2-ci dəfə 80-cı illərdə "Qızıl uçurum" adı altında səsli və rəngli variantda yenidən ekrana çıxarıldı.B.Svetlovun quruluş verdiyi “Neft və milyonlar səltənətində” bədii filmi bir neçə səbəbdən, o cümlədən əsas rollardan birini görkəmli Azərbaycan aktyoru Hüseyn Ərəblinski (Lütfəli bəy) ifa etdiyinə görə bizim üçün əhəmiyyətlidir. Bu filmin ekranlara çıxarılması ilə əlaqədar “Bakı” qəzetinin nömrəsində belə bir elan dərc edilmişdir: “Fransız elektrobioqrafı H.Z. Tağıyevin pasajı. Bu il mayın 14-dən Bakının neft mədənlərində çəkilmiş və neft milyonçularının həyatından bəhs edən “Neft və milyonlar səltənətində” filminin 1-ci seriyası nümayiş etdiriləcəkdir. Kinodram İ.Musabəyovun romanı əsasında çəkilib. Ssenari müəllifi A.D.Panova-Potyomkinadır. Film tammetrajlı olduğuna görə hər axşam yalnız üç seans göstəriləcək”.Filmin 2-seriyası mayın 27-də buraxılmışdır. Filmdə rus aktyorları ilə birlikdə tanınmış Azərbaycan xanəndəsi Cabbar Qaryağdıoğlu, tarzən Qurban Pirimov, məşhur rəqqas Mədətov və başqaları da çəkilmişlər.Film ekranlara buraxıldıqdan sonra Orta Asiyanın bir sıra şəhərlərində də nümayiş etdirilmişdir.1980-ci ildə əsər melodram janrında çəkilmiş, "Qızıl uçurum" adı ilə ekranlara buraxılmışdır.
Arvad filmi. 1915-ci ildə Bakı "Filma" səhmdar cəmiyyəti 6 hissəli "Arvad" səssiz filmini çəkdi. Filmin rejisoru Boris Svetlov, ssenari müəllifi A.D.Panova-Patyomkina, operatoru Qriqori Lemberqdir. Rollarda A.Polonski və P.Amiraqonun rəhbərliyi altında Bakı teatrlarının artistlərindən K.Piontkovskaya, R.Lazareva, Y.İvanova, Y.Muromski və başqaları çəkilmişlər. Filmin janrı məişət dramıdır. "Arvad"- "Filma" səhmdar cəmiyyətinin Azərbaycanda çəkdiyi ilk tammetrajlı bədii filmdir. Məişət dramı janrında yaradılmış bu kinolent o vaxtlar dəbdə olan yazıçı Artsıbaşovun "Ər" romanıma müəlliflərin ekran cavabıdır, yəni parodiyadır. Filmin çəkiləşləri Bakıda və onun ətrafında aparılmışdır. Daha sonra Bakı "Filma" səhmdar cəmiyyəti 2 hissəli, səssiz "Yeni Tərzdə köhnə əhvalat" filmini, çəkdi. Filmin rejisoru Boris Svetlov, operatoru Qriqori Lambergdir. Filmin rollarını ifa edənlər məlum deyildir. Filmin janrı satirik kinokomediyadır. Film günün məsələlərinə həsr olunmuşdur. Bu, 2-ci Vilhelm və Frans İosif haqqında satirik komediyadır.
Arvadlar ərlərini mənsəbə necə çatdırırlar filmi. 23 iyul 1916-cı il Bakı, "Filma" səhmdar cəmiyyəti 6 hissəli səssiz "Arvadlar ərlərini mənsəbə necə çatdırırlar" filmini çəkdilər. Filmin rejisoru Boris Svetlov, opeatoru Qriqori Lembergdir. Bu filmdə Y.Buranovskaya, A.D.Panova, S.Şoloxova, A.Verner, Q.Kramer və başqaları, baş rolu isə Boris Svetlov ifa etmişdir. Filmin janrı məşiət komediyasıdır. Film bir zədagan ailəsinin həyatı haqqındadır. Kinopovestin hər hissəsinin öz başlığı var: "Əyalət bataqlığı","Coşmuş qan alovdan güclüdür", "Məhəbbət məclisi başlasın", "Ərlərə iş düzəldirlər", "Şərab pərisinin ayaqları altında" və "Arvadlar
Ölümünə bir saat qalmış filmi. 15 sentyabr 1916-cı ildə Bakı "Filma" səhmdar cəmiyyəti 7 hissəli səssiz "Ölümünə Bir Saat Qalmış" filmini çəkdi. Filmin rejisoru Boris Svetlov, operatoru isə Qriqori Lembergdir. Bu filmdə Y.Muromski, A.İvanova, A.Polonski, R.Lazerova və başqaları çəkilmişlər. Filmin janrı kinodramdır. Bu film məhkəmə xronikasından ibarət əhvalatdır.
Arşın mal alan filmi. 3 yanvar 1917-ci il Bakı “Filma” səhmdar cəmiyyəti 7 hissəli səssiz “Arşın mal alan” filmini çəkdi. Filmin rejisoru Boris Svetlov, operatoru isə Qriqori Lembergdir. Bu filmdə Hüseynqulu Sarabaki (Əsgər), Əhməd Ağdamski (Gülçohrə), Ələkbər Hüseynzadə (Sultan bəy) Yunis Nərimanov (Cahan xala), Mirzağa Əliyev (Süleyman), A.Olenskaya (Asya), Hənifə Terequlov (Vəli), Yeva Olenskaya (Telli), Məmməd Əlili (Epizod) çəkilmişlər. Filmin janrı kinokomediyadır. Bu film dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır. Film ilk dəfə Bakıdakı "Forum" kinoteatrında nümayiş etdirilmişdir. Musiqiçilər salonda operettadan musiqi parçaları ifa edirlər. Cabbar Qaryağdıoğlu və digər xanəndələr ariyalar oxuyurlar. Filmin keyfiyyəti çox aşağı olduğu üçün Ü. Hacıbəyovun təkidi ilə yanvarın 8-də ekrandan çıxarılmış, lakin qaranlıq kadrlar, yararsız epizodlar kəsilib götürüldükdən sonra 4 hissəli yeni filmi kinoteatrlarda şərq musiqisi orkestrinin müşaiyəti ilə təkrar göstərilmişdir. Bu dəfə filmin hər bir hissəsinin öz adı var idi: "Cavan Əsgər ilə Vəlinin macərası", "Gəlin seçmək", "Arşın mal alan", "İkisi axtardı dördü evləndi". Filmin qəhramanı tacir Əsgər ailə qurmaq üçün qızı əvvəlcədən görüb sevmək arzusu ilə yaşayır. Mühit, şərait, ən başlıcası isə adət buna yol vermir. Dostu Süleymanın məsləhəti ilə küçələri, evləri adi bir arşın mal satan kimi gəzəndə Soltan bəyin qızı Gülçöhrə ilə rastlaşır. Gənclər ilk baxışdan bir-birlərini sevirlər. Müxtəlif manelərə, çətinliklərə baxmayaraq nəhayət onlar arzularına çatırlar.
Emin Əlizadə