Azərbaycanın ilk Rejissoru Səməd Mərdanovun yaradıcılığı !

Azərbaycan kinosunun sütunlarından sayılan rejissor Səməd Həşim bəy oğlu Mərdanov 1909-cu ilin sentyabrında Tiflisdə, zəngin bir ailədə dünyaya göz açıb. O, görkəmli kino və teatr xadimi Mustafa Mərdanovun qardaşıdır. Atası Həşim bəy ziyalı və geniş dünyagörüşlü zadəgan olub. Müasirlərindən fərqli olaraq sənətə böyük rəğbət bəsləyib. Dövrün tanınmış ziyalıları, söz-sənət sahibləri ilə ünsiyyət qurmağı sevib. Tiflisdə yaşayan ziyalılar, şəhərə qonaq gələn yazıçılar, aktyorlar daima onun qonağı olub. O həm də Tiflisin mədəni həyatında fəallıq göstərib. Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Ərəblinski və başqaları ilə şəhərin xeyriyyə işlərində yaxından iştirak edib. Səməd Mərdanov məhz belə bir mühitdə böyüyüb və sənət aləminə qədəm qoyub...
Kinoşünas Asif Əliyev Səməd Mərdanov haqqında qələmə aldığı oçerkdə onun hələ gənc yaşlarından iti ağıl və zirək düşüncə sahibi olduğunu qeyd edir. Bir gün böyük Azərbaycan aktyoru Hüseyn Ərəblinski Tiflisin gürcü-zadəgan teatrında Otellonu oynayarkən, tamaşadan sonra şəhər rəhbəri ziyafət təşkil edir. Orada Ərəblinski çıxış edərək Kürün buradan sürətli axınının səbəbini soruşur. Şəhər rəhbəri “bu suala ancaq balaca dostum Səməd cavab verə bilər” - deyir. Hacı Həşim oğlu Səmədi gətirmək üçün evə yollanır... Gənc Səməd ədəb-ərkanla məclisə daxil olur, keçib atası ilə yanaşı əyləşir. Sonra çox təmkinlə Ərəblinskinin sualını cavablandırır: Hüseyn Ərəblinski balaca Səmədi bağrına basaraq deyib: “Mən sizi əmin edirəm ki, bizi heyran qoyan azərbaycanlı balasının böyük gələcəyi olacaq”.
Beləliklə, demək olar ki, o vaxt Tiflisin mədəni mühiti Səmədin Mərdanova böyük təsir edib. Elə bir teatr tamaşası olmur ki, Səməd ona baxmamış olsun. Bütün bunlarla bərabər onun həm də dil öyrənməyə böyük marağı olur. Qısa vaxt ərzində gürcü, rus, fransız dillərini mükəmməl mənimsəyir... Səməd Mərdanov teatra maraq göstərsə də, məhz kinorejissor olmaq istəyib. Bunun üçün o, Moskvaya gedir müvəffəqiyyətlə imtahan verib Ümumittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə qəbul olunur. 1935-ci ildə ÜİDKİ-nin rejissorluq fakültəsini (S.Eyzenşteynin emalatxanasını) bitirmişdir. S.Mərdanovun institutu bitirməsi tarixi barədə məlumat müxtəlif mənbələrdə ayrı-ayrı rəqəmlərlə oxuculara təqdim olunur. Məsələn, "Kommunist" qəzetində (6 avqust 1939-cu il) bu rəqəm 1931-ci il, "Azərbaycan Sovet Ensiklopediyası"nda (1982, Bakı, VI cild) 1935-ci il, "İstoriəya sovetskoqo kino" fundamental kitabında (1973, Moskva, II cild) 1936-cı il qeyd olunmuş, 1986 və 1970-ci illərdə Moskvada çapdan çıxmış "Kinoslovar"larda isə bu barədə ümumiyyətlə heç bir rəqəm göstərilməmişdir. Səməd Mərdanov tələbəlik illərində 1933-cu ildə Köçərilər” sənədli filmini çəkir.i Filmin operatoru B.Pumpyanski, operator assistenti M.Dadaşov idi.Lirik planda çəkilmişmiş “Köçərilər” sənədli filmi köçərilərin oturaq həyat keçirilməsi üçün hökümətin göstərdiyi qayğı və tədbirlər öz əksini tapmışdır.Filmə respublikada yeni kəndlərin,şəhərlərin salınması ,köhnəliklə yeniliyin müqayisəsi,konkret misallarla poetık tərzdə verilirdi. Tufan qopur ekranda aləm bir-birinə qarışır.Köçərililərin çadraları,yeraltı tövlələri uçub dağılır.Ani olaraq göstərilən bu epizoddan sonra köçərilər əsl əmək fəaliyyətinə başlayırlar.İri planlarla sağlam çöhrəli ,şən kino-portretlər b-r-birini əvəz edir.Artıq müasir kənd evlərinin sakinləri olan şən kəndlilərin simasında yeni həyat eşqi,yaşamaq həvəsi,qurub,yaratmaq həvəsi duyulur ki,bu da Səməd Mərdanov ilk yaradıcılığının məhsulu idi . Bu bədii film Azərbaycan kinosunun qızıl fonduna daxil olmuşdur.
Məşhur rus kinorejissoru B.Barnet "Mavi dənizin sahilində" kinokomediyasının çəkilişinə başlayanda Səməd .Mərdanov institutu hələ qurtarmamışdı, sonuncu kursda oxuyurdu. Buna baxmayaraq o, filmə ikinci rejissorkimi təsdiq olunmuşdu. Həmin illərdə Səməd Mərdanov dövrünün böyük sənətkarlarından olan Vsevolod Meyerhold onu quruluş verməyə hazırlaşdığı “Sonuncu, həlledici” tamaşasında çalışırdıi. Bu barədə Səməd qardaşı M.Mərdanova yazırdı: “...hər gün səhərdən dördə kimi təcrübədə olur, axşam yeddinin yarısından on ikiyə kimi isə Meyerholdun yanında işləyirəm. Onun yeni tamaşası üçün səhnələr quraşdırıram. Eyni zamanda qapalı məşqlərə baxıram. Bu çox vacibdir. Mən çox şey öyrənə bilərəm.
Emin Əlizadə