🇦🇿Milli Mətbuatımızın 150 illiyi münasibətilə təbrik edirəm ! 📰



Əziz jurnalistlər, media nümayəndələri və söz sahibləri!

Sizi Azərbaycan milli mətbuatının yaranmasının 150 illik yubileyi münasibətilə Milli Mənəviyyat müstəqil, beynəlxalq qəzetinin ( azmmq.com) bütün üzvləri adından səmimi qəlbdən təbrik edirəm !
1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən nəşr edilən "Əkinçi" qəzeti ilə əsası qoyulan milli mətbuatımız bu gün cəmiyyətin maariflənməsində, ictimai rəyin formalaşmasında və azad fikrin yayılmasında mühüm rol oynayır.

Bu şərəfli və məsuliyyətli peşənizdə sizə möhkəm can sağlığı, qələminizin daim iti, sözünüzün həmişə qüvvətli olmasını arzulayırıq.
Azərbaycan mətbuatının inkişafında göstərdiyiniz xidmətlər daim yüksək qiymətləndirilir.

Əmək və fəaliyyətinizə görə təşəkkür edir, uğurlarınızın davamlı olmasını diləyirik!

Bayramınız mübarək!
Hörmətlə Baş redaktor Vəli Əliyev