QƏZET ÜZVlərinin üzvülüklərinin ləğv edilməsi qaydası haqqında Qərar:
Gündəm
Bu gün, 11:00
18
Hər bir təşkilatın, ictimai qurumun və mətbuat orqanının fəaliyyətinin əsasını nizam-intizam, məsuliyyət və qarşılıqlı etimad təşkil edir. «Milli Mənəviyyat müstəqil, beynəlxalq qəzet» olaraq bizim üçün üzvlük yalnız bir ad və ya siyahıda yer almaq deyil. Üzvlük həm də mənəvi dəyərlərimizi, qəzetimizin məqsəd və prinsiplərini bölüşmək, ictimai-mədəni proseslərdə fəal iştirak etmək və yaradıcı fəaliyyət göstərmək məsuliyyətidir.
Bu baxımdan qəzetimizin üzvlərinin fəaliyyətinin davamlı olması bizim üçün xüsusi əhəmiyyət daşıyır.
Qəzetimizin üzvləri tərəfindən hazırlanan məqalə, publisistik yazı, araşdırma, fikir və digər yaradıcı materialların qəzetimizin rəsmi yayım orqanı olan «azmmq.com ” saytında mütəmadi olaraq yayımlanması üzvlərin fəallığının əsas göstəricilərindən biri hesab olunur.
Bununla əlaqədar olaraq bildiririk ki, 01.09.2026-cı il tarixdən etibarən , son üç ay ərzində yəni üzvlüyə qəbul edildikdən üç ay ərzində və ya məqaləsinin saytda paylaşımından üç ay ötdükdə qəzet üzvlüyündən xaric edilmiş hesab ediləcəklər.Qərar qəzet yarandığı gündən bu günədək olan bütün üzvlərə içtimai fəallara aid edilir.
Bu qaydanın məqsədi kimisə cəzalandırmaq deyil. Əsas məqsəd qəzetimizin fəaliyyətini daha sistemli qurmaq, üzvlər arasında fəallığı artırmaq, yaradıcı əməkdaşlığı gücləndirmək və «Milli Mənəviyyat» adının yalnız formal üzvlüklə deyil, real fəaliyyətlə təmsil olunmasını təmin etməkdir.
Hər bir üzv öz yazısı, düşüncəsi, mövqeyi və əməli fəaliyyəti ilə qəzetimizin mənəvi simasına töhfə verə bilər. Biz inanırıq ki, üzvlük hüququ ilə yanaşı, üzvlük məsuliyyəti də daşıyır.
Bu səbəbdən bütün üzvlərimizi daha fəal olmağa, öz yaradıcı imkanlarından istifadə etməyə və qəzetimizin ümumi fəaliyyətində yaxından iştirak etməyə çağırırıq.
«Milli Mənəviyyat» yalnız bir qəzet deyil — mənəvi dəyərləri, milli düşüncəni, insanlıq və ədalət prinsiplərini yaşatmaq üçün yaradılmış bir mətbuat platformasıdır. Bu platformada yer alan hər bir şəxsin fəaliyyəti də həmin məsuliyyətə uyğun olmalıdır.
Milli Mənəviyyat
müstəqil, beynəlxalq
qəzetinin
Baş redaktoru:
Vəli Əliyev

















