İstehsalat təcrübəsi proqramı uğurla tamamlanmışdır.

2 nömrəli Baza Tibb Kollecinin tələbələri Yeni Klinikada 3 aylıq istehsalat təcrübə proqramını uğurla tamamlamışdır. Tibb bacısı ixtisası üzrə 18, Mamalıq-ginekologiya ixtisası üzrə 25, ümumilikdə 43 tələbə bu proqramda iştirak etmişdir.

Səhiyyəmizin gələcəyinə verdiyi töhvəyə və yaradılan şəraitə görə Yeni Klinikanın direktoru Barat Yusubova, əməyi keçən bütün tibbi heyyətə təşəkkürümü ifadə edir, bu şərəfli işin bir parçası olduğum üçün qürur duyuram.
Doktor: Tural Xaspolat