AD GÜNÜN MÜBARƏK, BİZİM ƏZİZ ATAMIZ!
Təbriklər
Bu gün, 09:00
59
Canımız atamız, qəhrəmanımız, evimizin dirəyi, ailəmizin gücü! Bu gün sənin günündür! Allah sənə möhkəm can sağlığı, uzun ömür, bol ruzi və xoşbəxtlik nəsib etsin. Həmişə üzün gülsün, sevincin bol, dərdin uzaq olsun!
Ata, sən bizim üçün sadəcə ata deyil, həm də güvənc yerimiz, arxamızdakı ən böyük dayağımızsan. Bəlkə də hər zaman sevgimizi sözlə ifadə etmirik, bəzən sözündən çıxır, səni əsəbiləşdiririk. Amma bil ki, səni ürəkdən sevirik. Bizim üçün çəkdiyin zəhməti, göstərdiyin qayğını və ailəmiz naminə etdiyin fədakarlıqları heç vaxt unutmarıq. Allah səni başımızın üstündən əskik etməsin!
Ata, yaşın artsa da, bizim gözümüzdə həmişə dünyanın ən güclü adamı olaraq qalacaqsan. Hələ bizim toylarımızı görəcək, nəvələrini qucağına alacaq, onlarla oynayıb güləcəksən. İnşallah, o gözəl günlərə də birlikdə çatacağıq! Amma narahat olma, ata, toy məsələsinə hələ tələsmə, indidən xərcə düşmə!
Ən böyük arzumuz odur ki, böyüyək, uğurlarımızla səni sevindirək və bir gün qürurla: «Bu mənim oğlumdur!» — deməyinə səbəb olaq. İstəyirik ki, zəhmətinin bəhrəsini görəsən, bizimlə fəxr edəsən və hər zaman xoşbəxtliyimizə şahid olasan.
17 OKTYABR — SƏNİN GÜNÜNDÜR, ƏZİZ ATAMIZ!
Allah sənə elə uzun ömür versin ki, neçə-neçə ad gününü birlikdə qeyd edək. Həmişə sağlam, gülərüz və yanımızda ol. Bütün arzuların gerçəkləşsin, evimizdən sevinc, süfrəmizdən ruzi-bərəkət əskik olmasın.
Yaxşı ki, bizim atamızsan! Yaxşı ki, varsan! Səni sözlə ifadə edə bilməyəcəyimiz qədər çox sevirik. Allah səni bizə, bizi də sənə çox görməsin!
AD GÜNÜN MÜBARƏK, CANIMIZ ATAMIZ!
Səni ürəkdən sevən oğulların — İgid və Nadir


















