Pərvin Toyun mübarək!
Təbriklər
Bu gün, 01:50
38
Bu gün kirvəsi olduğum Zahidin bibisi oğlu, gənc polis əməkdaşı Pərvinin toy mərasimində iştirak etmək, onun sevincinə şərik olmaq və yeni qurulan ailəyə xeyir-dualarımı çatdırmaq mənim üçün xoş oldu.
Əziz Pərvin, səni ürəkdən təbrik edir, qurduğun ailəyə sevgi, sədaqət, hörmət və qarşılıqlı anlayış arzulayıram. Allah bir yastıqda qocalmağı, ocağınızın daim isti, süfrənizin bərəkətli, evinizin gülüş və xoşbəxtliklə dolu olmasını nəsib etsin. Ailənizdə hər zaman mehribanlıq, qəlbinizdə sevgi, yolunuzda uğur olsun!
Əziz Simur qardaş, oğlunun bu xoş gününü görmək münasibətilə səni ürəkdən təbrik edir, ata sevincinin daim olmasını,baba olmağı arzulayıram. Rəşad doktor, sənə də bu gözəl münasibətlə gözaydınlığı verir, ailənizə sevinc dolu günlər diləyirəm.
Toylarımız xeyirli, uğurlu, bərəkətli olsun! Allah gənclərimizin bəxtini gözəl, taleyini açıq, məhəbbətini əbədi etsin. Bu günün sevinci sabahınızın xoşbəxtliyinə çevrilsin!
Allah xoşbəxt eləsin !
Vəli Əliyev
Milli Mənəviyyat
müstəqil, beynəlxalq qəzetin
Baş redaktoru



















