UCAR ÇƏLTİK FESTİVALI – DOĞMA YURDUN ADƏT-ƏNƏNƏLƏRİNƏ BÖYÜK HÖRMƏT

Gündəm 23.10.2026 20:37 68

Ucarın inkişafı və milli dəyərlərimizin təbliği baxımından əlamətdar tədbir

Bu gün doğma Ucar rayonunda keçirilən Çəltik Festivalında iştirak etmək mənim üçün böyük qürur və sevinc hissi yaratdı. Milli adət-ənənələrimizin, mədəni irsimizin və kənd təsərrüfatı ənənələrimizin təbliğinə xidmət edən bu festival yadda qalan bir tədbir kimi xüsusi əhəmiyyət daşıyır.

Festival çərçivəsində Ucar Rayon İcra Hakimiyyətinin başçısı cənab Mənsur Məmmədovla görüşərək səmimi söhbət etmək imkanım oldu. Görüş doğma rayonumuzun inkişafı, onun zəngin potensialı və belə tədbirlərin əhəmiyyəti baxımından xoş təəssürat yaratdı.

Belə festivallar yalnız kənd təsərrüfatı məhsullarının tanıdılması ilə məhdudlaşmır. Onlar həm də xalqımızın zəhmətsevərliyini, torpağa bağlılığını, milli mədəniyyətini və qədim ənənələrini yaşadaraq gələcək nəsillərə ötürür.

Doğma Ucarımızın inkişafını, gözəlliyini və uğurlarını görmək hər birimiz üçün sevindirici və qürurvericidir. Arzu edirəm ki, bu cür tədbirlər davamlı olsun, rayonumuzun tanıdılmasına, kənd təsərrüfatının inkişafına və milli dəyərlərimizin qorunmasına daha böyük töhfələr versin.

Hörmətlə,
İçtimai fəal
Erhan Elxanoğlu

Oxşar xəbərlər