🌸 ÜÇ YAŞIN MÜBARƏK, ƏMİNİN BALACA ZƏHRASI! 🌸



Bu gün mənim üçün ikiqat özəl gündür. Çünki Allahın mənə bəxş etdiyi doğum günü sevincini bu gün balaca Zəhramızın üç yaş sevinci ilə bölüşürəm.

Əziz Elçin qardaş, Allah Zəhranı sənə və ailənə çox görməsin. Mənim balaca Zəhram, üzündən təbəssüm, qəlbindən sevinc, ömründən bərəkət əskik olmasın. Allah səni gözəl əxlaqlı, mərhəmətli, imanlı və xeyirxah bir insan kimi böyütsün.

Adın kimi olasan, ay mənim Zəhram! Peyğəmbərimizin əziz qızı, paklıq və iffət rəmzi xanım Fatimeyi-Zəhra kimi mənəviyyatınla, gözəl əxlaqınla seçilən, ailəsinə başucalığı gətirən möminə bir xanım olasan. Adının müqəddəsliyini həyatının gözəlliyi ilə yaşadasan. Allah səni hər zaman Öz mərhəməti və himayəsi altında saxlasın.

Bu gün sənin üç yaşın tamam olur, mənim isə doğum günümdür. Bəlkə də bu təsadüf deyil, Allahın qəlbimizə bəxş etdiyi xüsusi bir sevincdir. İnşallah, neçə-neçə illər doğum günlərimizi bir-birimizi təbrik edərək, sağlamlıq və xoşbəxtlik içində qeyd edək.

Vəli əmindən sənə ən böyük arzu: Allah səni valideynlərinə göz aydınlığı, ailənə sevinc, Vətənimizə isə mənəviyyatlı, xeyirli bir övlad etsin. Hər zaman üzün gülsün, balaca mələyim!

Üç yaşın mübarək, Zəhram! Allah səni qorusun!
Sevgi ilə Vəli əmin