✍️Vəli Əliyev yazır... İNANIRSAN DUA ET, BACARIRSAN GÜLÜMSƏ!


Həyatın hər üzünə eyni baxmaq olmur. Bəzən insanın ürəyi dolur, sözləri susur, gözləri danışır. Elə anlar olur ki, bir dua bütün ümidlərə qapı açır, səmimi bir təbəssüm isə qəlbindəki qaranlığı işıqlandırır.

İnanırsansa, dua et! Çünki dua ümidsizliyin qarşısında ümid, çətinliyin içində dayaqdır. İnsan bəzən əli ilə edə bilmədiyini duası ilə Allaha əmanət edir.

Bacarırsansa, gülümsə! Çünki sənin təbəssümün kiminsə qəlbinə sevinc, yorğun ruhuna təsəlli, ümidsiz dünyasına işıq ola bilər. Bəlkə də bir insana verə biləcəyin ən böyük yaxşılıq onun üzündə təbəssüm yaratmaqdır.

Həyat onsuz da kifayət qədər ağırdır. Gəlin, bir-birimizin yükünü artırmayaq, dərdinə dərd, kədərinə kədər qatmayaq. Bacardıqca yaxşılıq edək, bacarmadıqda heç olmasa incitməyək.

Unutmayaq ki, dua insanın Allaha, təbəssüm isə insana uzatdığı mənəvi əldir.

İnanırsansa, dua et! Bacarırsansa, gülümsə! Çünki bəzən bir dua taleyə ümid, bir təbəssüm isə həyata yenidən başlamaq gücü verir.

Vəli Əliyev

Milli Mənəviyyat
müstəqil, beynəlxalq qəzetin
Baş redaktoru