ƏZİZ SƏNAN QARDAŞ, DOĞUM GÜNÜN MÜBARƏK!
Əziz dostum, qardaşım!
Səni 22 yaşının tamam olması münasibətilə ürəkdən təbrik edir, sənə bu dünyada hər şeyin ən gözəlini arzulayıram. Allah bütün arzularını gerçəkləşdirsin, yolunu daim açıq, bəxtini gözəl, ömrünü bərəkətli etsin.
Bizim tanışlığımız ortaq dostumuzun sayəsində başlasa da, qardaşlığımızın etimadını və səmimiyyətini sən öz şəxsi keyfiyyətlərinlə qazanmısan. Çünki dostluq tanışlıqla başlayar, amma hörmət, sədaqət və etibarla möhkəmlənər.
Arzu edirəm ki, bu gün yanında olan dostların sabah da yanında olsun, dostluqların ömürlük, qardaşlığın əbədi olsun. Sən olmadığın yerdə də adın həmişə bu gün olduğu kimi hörmətlə, fəxrlə çəkilsin. İnsanlar səni xatırlayanda tərəddüd etmədən: “O, mənim dostumdur!” desinlər.
Həyatda elə yaşa ki, varlığın sevinc, yoxluğun isə həsrət yaratsın. Heç vaxt yaxşılığından, mərdliyindən və səmimiyyətindən uzaq düşmə.
Doğum günün mübarək, əziz qardaşım!
Hörmətlə:
Vəli Əliyev











