✍️Vəli Əliyev yazır... İNSANI DƏYƏRLİ EDƏN ÖMRÜNÜN UZUNLUĞU DEYİL, MƏNƏVİYYATIDIR!

Mənəvi dəyərlər 05.11.2026 12:08 20


Qarğa 300 il yaşaya bilər. Bəs nə mənası var? Ömrünü uzadıb qarnını otarmaq, leş yemək və sadəcə yaşamaq üçün yaşamaq nə deməkdir?

İnsan da var ki, uzun illər yaşayır, amma varlığı heç kimə xeyir vermir. Nə bir könül qazanır, nə bir yaxşılıq edir, nə də arxasında xoş bir iz qoyur. Çünki insanı insan edən təkcə nəfəs alması, danışması, düşünməsi deyil. Onu dəyərli edən mənəviyyatı, vicdanı, mərhəməti, ədaləti və ətrafına bəxş etdiyi yaxşılıqlardır.

Bəziləri var-dövlətə, vəzifəyə, şöhrətə sahib olmağı böyüklük hesab edir. Halbuki bunların heç biri insanın mənəvi kasıblığını ört-basdır edə bilməz. Mənəviyyatsız insan nə qədər yaşasa da, nə qədər yüksəlsə də, daxilən boşluq içindədir.

Unutmayaq ki, ömrün uzunluğu deyil, insanlığa verdiyin dəyər önəmlidir. İnsan dünyadan köçəndə arxasında qoyduğu sərvətlə deyil, qazandığı hörmətlə, etdiyi yaxşılıqlarla və insanların qəlbində buraxdığı izlə xatırlanır.

Çünki yaşamaq başqa şeydir, insan kimi yaşamaq tamam başqa!

Vəli Əliyev

Milli Mənəviyyat müstəqil, beynəlxalq qəzetin
Baş redaktoru

Oxşar xəbərlər