Laçın rayon 2 nömrəli Uşaq Musiqi Məktəbində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi.

Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Laçın rayon 2 nömrəli Uşaq Musiqi Məktəbində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi.
Tədbirdə məktəbin şagird, müəllim kollektivi və valideynlər iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı. Vətənimizin suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhidlərimizin və Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan aparıcı Xocalı faciəsi haqqında geniş məlumat verdi.
Məktəbin direktoru Cəmil müəllim çıxış edərək Xocalı faciəsini bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət kimi dəyərləndirmiş və onun heç vaxt unudulmayacağını söylədi.
Məktəbin şagirdləri tərəfindən Xocalıya həsr olunmuş bayatılar, şeirlər, səhnəciklər, musiqi kompozisiyaları təqdim edildi.