Azərbaycan xalqının tarixi yolunda böyük önəm daşıyan Suverenlik Günü münasibətilə hər birinizi ürəkdən təbrik edirəm.
Gündəm
20-09-2025, 13:47
31
Hörmətli həmvətənlər, əziz dostlar!
Bu gün bizim milli kimliyimizin, dövlətçiliyimizin və azadlıq iradəmizin rəmzidir. Suverenlik xalqımızın öz taleyinə sahib çıxmaq əzminin, müstəqil və güclü dövlət qurmaq iradəsinin təntənəsidir.
Əziz həmvətənlər, bu yol asan olmayıb. Xalqımızın fədakarlığı, vətənpərvərliyi və birliyi sayəsində bu gün müstəqil Azərbaycanımız dünya arenasında möhtəşəm uğurlar qazanır. Bizim borcumuz isə bu suverenliyi qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə əmanət kimi çatdırmaqdır.
Bu bayram münasibətilə hər birinizə sülh, rifah və xoşbəxtlik arzulayıram. Qoy bayrağımız daim ucalarda dalğalansın, dövlətimiz əbədi yaşasın, xalqımızın birliyi sarsılmaz olsun!
Suverenlik Gününüz mübarək!
Vəli Əliyev