✍️ Vəli Əliyev yazır... HƏYAT MARAQLI ŞEYDİR...
Mənəvi dəyərlər
Bu gün, 15:44
48
Həyatın ən böyük sirri bəlkə də budur: insan nə ilə gəlirsə gəlsin, nə uğrunda mübarizə aparırsa-apsın, sonda bu dünyadan əliboş gedir.
İnsan ömrü bir yolçuluqdur. Kimisi bu yola böyük arzularla çıxır, kimisi bir parça çörəyin, kimisi var-dövlətin, kimisi şöhrətin, kimisi də sevdiklərinin ardınca gedir. Hər kəs öz həqiqətini axtarır. Amma yolun sonunda hamını eyni dayanacaq gözləyir...
Bu səbəbdən həyatın dəyəri nə ilə gəldiyimizdə və nə ilə getdiyimizdə deyil, yol boyu necə insan olduğumuzdadır.
İnsan bu dünyada iz qoymalıdır. Elə iz ki, arxasınca gələnlər həmin insanı hörmətlə xatırlasın. Çünki var-dövlət əldən gedə bilər, vəzifə dəyişə bilər, şöhrət unudula bilər. Amma yaxşılıq, mərdlik, insanlıq və vicdan yaddaşlardan asanlıqla silinmir.
Bəzən insan bir ömür boyu hər şey uğrunda mübarizə aparır, amma sonda anlayır ki, ən böyük qazanc sahib olduqları deyil, itirmədiyi insanlığıdır.
Ona görə də həyatın qarşısında çox şey istəməkdənsə, özümüzdən bircə şey tələb edək:
Dünyaya necə gəlmişiksə-gələk, bu dünyadan insan kimi gedək.
Çünki həyat maraqlı şeydir...
Heç nə ilə gəlirik, hər şey üçün mübarizə aparırıq, amma heç nə ilə gedirik.
Əsas məsələ isə budur:
Gedərkən arxamızda nə qoyuruq — mal-mülk, yoxsa yaxşı ad?
Milli Mənəviyyat müstəqil, beynəlxalq qəzetinin
Baş redaktor: Vəli Əliyev















