✍️Vəli Əliyev yazır... Şərəfli rütbə – halal zəhmətin və sədaqətin göstəricisi
Təbriklər
Bu gün, 18:37
19
Əziz İqbal İlqar oğlu Rzayev!
Səni “mayor” rütbəsi almağın münasibətilə səmimi-qəlbdən təbrik edir, bu şərəfli rütbənin sənə uğur, məsuliyyət və yeni nailiyyətlər gətirməsini arzulayıram.
Səni uşaqlıq illərindən tanıyıram. Hələ məktəbli, sonra tələbə olduğun illərdə sənin xarakterində Vətənə, xalqa və dövlətə bağlılıq, vətənpərvərlik və sədaqət hissləri açıq-aydın görünürdü. Bu gün qazandığın uğur mənim üçün təsadüfi deyil. Çünki insanın aldığı tərbiyə, ailəsindən gördüyü nümunə onun gələcək yolunda öz sözünü deyir.
Sənin atan, uzun illər bir yerdə çalışdığım, xidmətində öz dəst-xətti və prinsipiallığı ilə seçilən İlqar müəllim illərdir mühafizə xidməti idarəsinə rəhbərlik edərək dövlətə sədaqətlə xidmət edib. Onun zəhməti, intizamı, peşəkarlığı və dövlətçilik mövqeyi, şübhəsiz ki, sənin formalaşmağında da böyük rol oynayıb.
Bu gün sənin mayor rütbəsi almağını bir dost kimi deyil, həm də sənə doğma bir əmi kimi böyük sevinc və qürur hissi ilə qarşılayıram. Sənin uğurun mənim üçün sadəcə bir rütbə deyil — illər əvvəl tanıdığım vətənpərvər, məqsədli bir gəncin bu gün öz layiqli mövqeyinə yüksəlməsinin gözəl nəticəsidir.
Unutma ki, rütbə yalnız çiyində daşınmır, onun məsuliyyəti ürəkdə və vicdanda daşınır. Mayor rütbəsi sənə daha böyük məsuliyyət, daha böyük etimad və daha böyük xidmət yolu açır. Arzum budur ki, bu etimadı hər zaman şərəflə doğruldasan, dövlətinə və xalqına sədaqətlə xidmət edəsən.
Əziz İqbal, bu gözəl uğurun münasibətilə səni bir daha ürəkdən təbrik edir, Allahdan sənə möhkəm can sağlığı, ailə səadəti, xidmətində yeni uğurlar və daha yüksək rütbələr arzulayıram.
Səninlə fəxr edirəm!
Yolun açıq, rütbən mübarək, xidmətin şərəfli olsun!
Səmimi hörmət və sevgilərlə,
Vəli Əliyev















