Alim Hüseynov toyun mübarək !

Təbriklər 19.08.2026 00:05 103


Əziz Alim Hüseynov!

18 avqust 2026-cı il həyatının ən gözəl və unudulmaz günlərindən biridir. Bu əlamətdar gün münasibətilə səni ürəkdən təbrik edir, qurduğun yeni ailə ocağında sənə və ömür-gün yoldaşına sonsuz xoşbəxtlik, möhkəm cansağlığı, sevgi və firavanlıq arzulayıram.

Qoy bu gündən başlayan ailə həyatınız qarşılıqlı hörmət, sədaqət, anlayış və məhəbbət üzərində qurulsun. Evinizdən gülüş, süfrənizdən bərəkət, qəlbinizdən sevgi heç vaxt əskik olmasın.

Allah ailənizi qorusun, ocağınızı daim isti, ruzinizi bol, ömrünüzü uzun və xoşbəxt etsin. Bu gözəl gününüz həyatınızın ən xoş xatirələrinin başlanğıcı olsun.

Əziz Alim, toyun mübarək! Allah sizi bir ömür xoşbəxt, mehriban və əziz etsin.

Vəli Əliyev

Oxşar xəbərlər