🇦🇿 Mən İlham Əliyevi dəstəkləyəcəyəm, heç kimin ona qalib gəlmək şansı yoxdur - Rəsul Quliyev
Gündəm
29-12-2023, 04:40
170
Milli Məclisin eks-spikeri, hazırda ABŞ-də yaşayan Rəsul Quliyev fəxri lideri olduğu Gələcək Azərbaycan Partiyasının (GAP) qurultayına müraciət edib. Eks-spiker partiya üzvlərini İlham Əliyevi dəstəkləməyə çağırıb: “Heç şübhəsiz ki, Prezident Əliyevin həm torpaqlarımızın azad edilməsində, həm Qarabağda tikinti-quruculuq işlərinin aparılmasında böyük rolu danılmazdır. Bunda başqa, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun zirvələrə qaldırılması da Prezident Əliyevin gərgin və səmərəli əməyinin nəticəsidir. Həmçinin mərkəzi Asiya ölkələrinin birləşdirilməsində Prezident Əliyevin xidmətləri çox böyükdür. Ümumiyyətlə, müsəlman, türk dövlətlərinin yaxınlaşmasında da prezidentin rolu böyükdür. Mən bu gün Azərbaycanı daha da yüksəklərə qaldıra bilmək potensialına malik olan İlham Əliyevi dəstəkləyəcəyəm! Sizləri də onun namizədliyini dəstəkləməyə çağırıram. Bu gün Azərbaycanda heç kimin İlham Əliyevə qalib gəlmək şansı yoxdur”.
R.Quliyev eyni zamanda partiyanın qərarını sosial şəbəkədə paylaşaraq yazıb: “Mən onu seçdim, bəs siz?”- Rəsul Quliyev
istinad: stadagəl



















