ALİ TƏHSİLƏ BAXIŞ

Hazırkı dövrdə məlumat bolluğu hökm sürür və məlumatlar sürətlə artmaqda davam edir. Məlumat bolluğu isə diqqət qıtlığı problemi yaradır. Ali təhsil baxımından bu o deməkdir ki, diqqət qıtlığı uzun müddət ərzində təhsilalanın diqqətinin eyni problemə yönəldilməsini mümkünsüz edir. Bu, hazırkı dövrdə bilik yaradan, bilik bölüşən və təhsilverənlər qarşısında duran ən ciddi, “”ölüm-dirim” məsələlərindəndir.