MusaYaqub
Ədəbiyyat
3-02-2023, 10:44
180
Nə əvvələm, nə indiyəm,
Səksəkənin içindəyəm.
Axırıncı keçiddəyəm -
Keçidimi keçim gedim.
O bulaqdan çox içmişəm,
Bu çeşmədən içim gedim.
Bir sot biçin yerim qalıb,
Bu yeri də biçim gedim.
Yarpaq-yarpaq tökülmüşəm,
Sarmaşığa bükülmüşəm,
Kərpic-kərpic sökülmüşəm,
Pəncərədən baxım gedim.
O qapıdan girmiş idim,
Bu qapıdan çıxım gedim.
Aləm bütün qalmaqaldı,
Kimlər getdi, kimlər qaldı.
Dünya evi darısqaldı,
Daha mən də durum gedim.
Günahımı, savabımı,
Qoltuğuma vurum gedim...
MusaYaqub
Səksəkənin içindəyəm.
Axırıncı keçiddəyəm -
Keçidimi keçim gedim.
O bulaqdan çox içmişəm,
Bu çeşmədən içim gedim.
Bir sot biçin yerim qalıb,
Bu yeri də biçim gedim.
Yarpaq-yarpaq tökülmüşəm,
Sarmaşığa bükülmüşəm,
Kərpic-kərpic sökülmüşəm,
Pəncərədən baxım gedim.
O qapıdan girmiş idim,
Bu qapıdan çıxım gedim.
Aləm bütün qalmaqaldı,
Kimlər getdi, kimlər qaldı.
Dünya evi darısqaldı,
Daha mən də durum gedim.
Günahımı, savabımı,
Qoltuğuma vurum gedim...
MusaYaqub