GƏL QINAMA, A QARDAŞIM
Ədəbiyyat
19-04-2023, 13:42
156
Dağlarını qar alanı,
Hövsələsi daralanı,
Rəngi-ruhu saralanı,
Gəl qınama ,a qardaşım!
******
Dərd-azarı çox olanı,
İntizardan tox olanı,
Rahatlığı yox olanı,
Gəl qınama, a qardaşım!
******
Xəmri qəmlə yoğrulanı,
Oda düşüb qovrulanı,
Külü göyə sovrulanı,
Gəl qınama,a qardaşım
******
Qürbət eldə qalan kəsi,
Ömrü-günü talan kəsi,
Fələk gözdən salan kəsi ,
Gəl qınama, a qardaşım!
******
Zəy-zəqqumu bal biləni,
Bəxtini kar-lal biləni,
İladitək hal biləni,
Gəl qınama, a qardaşım!
*************************
İladi Öməroğlu