"Milli Mənəviyyat” qəzetinin Baş redaktoru Vəli Əliyevə doğum günü təbriki .



Bu gün “Milli Mənəviyyat” müstəqil beynəlxalq qəzetinin yaradıcısı üçün xüsusi bir gündür — qəzetimizin Baş redaktoru, dəyərli ziyalımız, qələm əhli, əqidə və mənəviyyat adamı Vəli Əliyevin doğum günüdür.

Vəli müəllim illərdir ki, milli kimliyimizin, mənəvi dəyərlərimizin, haqq və ədalət sözünün carçısı kimi mətbuat meydanında şərəflə fəaliyyət göstərir. Onun rəhbərliyi altında “Milli Mənəviyyat” sadəcə bir qəzet deyil — xalqın düşüncəsini, milli ruhunu, saf vicdanını əks etdirən bir məktəbə çevrilib.

Redaksiyanın hər bir üzvü Vəli Əliyevin səmimiyyətini, ədalətini və rəhbər qayğısını böyük hörmət və minnətdarlıqla qeyd edir. O, həm qələm sahibi, həm də insanlıq örnəyi kimi hər kəsin qəlbində dərin iz qoyub.

Bu əlamətdar gündə redaksiya heyəti və milli mənəviyyat "komandası"nın bütün üzvüləri adından dəyərli Baş redaktorumuz Vəli Əliyevi səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, ruhi rahatlıq, tükənməz yaradıcılıq enerjisi və gələcək işlərində daha böyük uğurlar arzulayırıq.

Arzu edirik “Milli Mənəviyyat” qəzetinin nur yolu Sizin rəhbərliyinizlə daha da parlasın, mənəviyyat sözünün işığı daha geniş coğrafiyalara yayılsın!

Hörmət və ehtiramla,
“Milli Mənəviyyat” qəzetinin kollektivi