Qarabağlar sultanlığı — Naxçıvan ərazisində sultanlıq.

Azərbaycan bəylərbəyliyi dövründə Naxçıvan ölkəsinin tərkibində 12 nahiyə və bir sultanlıq var idi. Bu dövrdə Naxçıvan ölkəsinin tərkibində Naxçıvan, Şərur, Dərələyəz, Bazarçayı, Məvaziyi-Xatın, Mülki-Arslan, Dərəşahbuz, Əlincə, Sisəcan, Azadciran, Şorlut, Dərəşam nahiyələri olmuşdur. Qarabağlar ərazisi isə Naxçıvan ölkəsi tərkibində sultanlıq idi. Birinci Osmanlı idarəçiliyi dövründə (1590) Qarabağlar sultanlığı Naxçıvan sancağının bir nahiyəsinə çevrilmişdir.Qarabağlar sultanlığı
XII - XVIII əsrlər
Naxçıvan ölkəsi (XVI-XVII əsrin əvvəlləri) tərkibində Qarabağlar sultanlığı.
Statusu Sultanlıq
Azərbaycan bəylərbəyliyi,Naxçıvan ölkəsinin tərkibində
Dini İslam
İdarəetmə forması Mütləq monarxiya
Sultan
• Yaranması XII - XVIII əsrlər
Əhalisi
• Təxmini Azərbaycan türkləri