Düşüncəni dəyiş fərqli ol !

İnsanın həyatının əsl bəzəyi zəhmətdir. Insan həyatını əməklə mənalandırmağa çalışmalıdır. Həyatda nəyəsə nail olmaq üçün çalışmaq lazımdır. Əməyin sayəsində insanlar aclıqla, soyuqla, vəhşi heyvanlarla mübarizədən qalib çıxmışlar.
İnsan yaşamaq, yaratmaq üçün çalışmalıdır. Əmək insanın rifahıdır, onun bütün həyatının və fəaliyyətinin bünövrəsidir. Əmək insana xoşbəxtlik verir, onun qısa ömrünü uzadır. Kimliyindən asılı olmayaraq hamı çalışmalıdır, çünki onun uğuru çalışmağındadır. Çalışmaqla yanaşı həyatda inamlı, ümidli olmaq lazımdır. Çünki ümid və inam insanı son ana qədər aparır.🌼
Düşüncəni dəyiş fərqli ol !