Cəfər Cabbarlının yaradıcılığı
Mədəniyyət və İncəsənət
5-02-2023, 16:54
214
Azərbaycan ədəbiyyatının,mədəniyyətinin, incəsənətinin inkişafında müstəsna xidmətlər göstərmiş görkəmli dramaturq, şair, nasir, teatrşünas, tərcüməçi, kinossenarist Cəfər Qafar oğlu Cabbarlı 1899-ci il martın 20-də Bakının Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olmuşdur. Cəfər Cabbarlının ailəsi 1903-cü ildə Bakıya köçərək şəhərin "Dağlı məhəlləsi" adlanan yuxarı hissəsində yaşamışdır.
Cəfər Cabbarlınin atası təxminən 1901-1902-ci illərdə ürək xəstəliyindən vəfat etmişdir. Yazıçının anası Şahbikə xanım namuslu və çalışqan bir qadın idi. Onun dörd oğlu var idi. Kiçiyi Cəfər idi. Əri vəfat etdikdən sonra ailənin bütün ağırlığı onun üzərinə düşmüşdür. Şahbikə heç olmasa kiçik oğlunu təhsildən məhrum etməmək üçün Cəfəri əvvəlcə məhəllə mollasının yanında "quran " oxumağa, bir az sonra isə Molla Qədirin yanında qoyurlar. Bu vaxtlar 6-7 yaşında olan Cəfər anasının bişirdiyi çörəkləri dükanına daşımaqla ailəsinə kömək edir. Mollaxananın ona bir şey verməyəcəyini başa düşən Cəfər başqa şəhər uşaqları ilə birlikdə 1905-ci ildə "Stariy Poçtovı-25"də Hacı Məmmədhüseyn Bədəlovun şəxsi mülkündə açılan üçsinifli "7-ci Müsəlmani və rusi" məktəbinin birinci sinifinə daxil olmuşdur Mikayıl Müşfiqin atası Mirzə Qədir İsmayılzadə dərs deyir.. Cəfərin ilk müəllimləri görkəmli pedaqoq-yazıçı Süleyman Sani Axundov, Abdulla Şaiq, Rəhim bəy Şıxlinski, Əliməmməd Mustafayev idi. Cəfər Cabbarlı 1908-ci ildə "7-ci Müsəlmani və rus" məktəbini bitirib bir müddət ailəyə kömək edir. Sonralar Bakıda Alekseyev adına 3-cü Ali-ibtidai məktəbdə oxuyur. 1915-ci il aprelindən 2-də məktəbi bitirən gənc Cabbarlı sənədlərini Bakı Politexnik məktəbinin elektro-mexanika şöbəsinə vermişdir. Hələ ibtidai məktəbdə oxuduğu zaman A. Şaiq və S.S. Axundov kimi yazıçı və müəllimlərin təsiri ilə Cabbarlıda ədəbiyyata həvəs daha da qüvvətlənir və o, Azərbaycan və rus şairlərini mütaliə etməklə bərabər özü də yazmağa başlayır. Cəfərin əlyazmaları içərisində hələ tamamilə bitməmiş, məktəbli xətti ilə yazılmış bir neçə şer, hekayə, opera mətni və hətta roman da vardır. Bəzi tədqiqatçılar Cabbarlının 1913-cü ildən öz yazıları ilə qəzet idarələrinə gəldiyini göstəririlər. 1990-cı ilin əvvəllərinə qədər belə həsab edilirdi ki, Cabbarlının ilk mənzuməsi 1915-ci il aprel ayının 3-də "Məktəb" jurnalının 6-cı nömrəsində çap olunmuş Bahar şeridir. Lakin dramaturqun əsərlərini son illərdə tədqiq edən tədqiqatçı-alim Asif Rüstəmlinin axtarışlarından məlum oldu ki, C. Cabbarlının ilk lirik və satirik şerlərinin tarixini 1915-ci ilin aprel və iyun aylarında çap edilmiş "Bahar" və "Əl götür" şerlərindən deyil, "Həqiqəti-əfkar" qəzetinin 5 noyabr 1911-ci il 2-ci nömrəsində dərc edilmiş "Eşidənlərə" və "Şücaətim" şerlərindən başlamaq lazımdır. 1915-ci ildə Bakı Politexnik məktəbinin elektro-mexanika şöbəsinə daxil olan yazıçı 1920-ci il mayın 6-da təhsilini başa vuraraq şəhadətnamə və attestat almışdır. Cəfər Cabbarlı 1920-ci ildə Bakı Politexnik Məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin tibb fakültəsinə daxil olmuşdur. O, burada oxumuş, lakin bu sənət onu maraqlandırmadığından ərizə yazıb həmin fakültədən çıxmışdır. 1923-cü ilin sentyabrından Cabbarlı səhnə aləmi və teatr tarixi ilə yaxından tanış olmaq məqsədilə Bakı Türk Teatr Məktəbində mühazirələrə qulaq asmağa başlayır. Eyni zamanda 1924-cü ildə Bakı Dövlət Universitetinin Şərq fakültəsinin tarix şöbəsində də təhsilini davam etdirir. 1915-1920-ci illər Cəfər Cabbarlının təkcə tələbəlik illəri deyil, ədəbiyyata, sənətə gəldiyi dövrdür. O, bir-birinin ardınca "Vəfalı Səriyyə yaxud göz yaşı içində gülüş", "Solğun çiçəklər", "Nəsrəddin Şah", "Trablis müharibəsi və ya Ulduz", "Ədirnə fəthi", "Bakı müharibəsi", "Aydın" kimi Azərbaycan səhnəsini düşündürən əsərlər yazmış, lirik və satirik şerlərlə, bir sıra hekayələrlə müxtəlif mətbuat orqanlarında çıxışlar etmişdir .
Cəfər Cabbarh xüsusi ali kino təhsili almayıb. . Milli kino kadrlarını hazırlamaq məqsədilə Moskvadan və Leninqraddan (Peterburq), o cümlədən digər şəhərlərdən Bakıya kişi mütəxəssislər dəvət olunur. Gəlmələrin əksəriyyətiorta səviyyəli kino işçiləri olduğu üçün yaradılan filmlərə öz mənfi təsirinigöstərirdi. Bununla belə, 1925-ci ildə kinofabrik nəzdində kino sənəti hazırlığı üzrə ikiillik kurslar təşkil olunur. A.Ardatov,V.Sladkopevtsev, M.Kirillov,S.Trotski yerli kadrlara rejissor və operator işindən, ssenari yaradıcılığından,aktyor sənətkarlığından, kino texnikasından dərs deyirdilər. Həmin kurslarda C.Cabbarh, A.M.Şərifzadə, M.Mikayılov, A.Quliyev, M.Mərdanov, R.Təhmasib, Ə.Tahirov, və başqaları təhsil almış, kino sənətinin əsaslarını öyrənmişlər. 20-ci illərin əvvəllərində Mikayıl Mikayılov Cəfər Cabbarlı, Əsəd Tahirov və Əzim Əzimzadə ilə birgə “Kommunist” qəzetində işləyirdi. C.Cabbarh incəsənət şöbəsinə rəhbərlik edirdi. Mikayıl müəllim danışırdı ki, bir gün Cəfər redaksiyaya gəlib baş tərcüməçi Əsəd Tahirovla mənə dedi: “Kinofabrikdə kinoaktyor emalatxanası açılmışdır. Gəlin kinofabrikə gedək. Bəlkə, elə kinoaktyor olduq”. Biz Cəfərin sözü ilə kinofabrikə getdik. Qəbul komissiyası yoxlama məqsədilə bizə bir neçə tapşırıq verdi. Tapşırıqları yerinə yetirəndən sonra məni və Əsədi kinoaktyoremalatxanasına qəbul etdilər. Cəfər isə gözlərinin zəifliyinə görə qəbul olunmadı. Bu gözlənilməz hadisədən Əsədlə mən pərt olduq. Bunu hiss edən C.Cabbarh ruhdan düşmədən dedi: “Heç fikir çəkməyin. Kinofabrikdə hələ çox işlər görəcəyik. Sonra öyrəndik ki, Cəfərin məqsədi heç də kinoaktyor olmaqdeyilmiş. Sadəcə olaraq o, sənətin bu yeni növünü dərindən öyrənmək üçünhər yerə əl atır, teatrda, redaksiyada işinin çoxluğuna baxmayaraq, vaxtını kinematoqrafa da sərf edirdi. Cəfər Cabbarlı Bakıya gələn hər bir mütəxəssisdən kino ilə bağlı nə isə öyrənməyə çalışır, bizə də sənəti mükəmməl öyrənməyi tövsiyə edirdi. Buna baxmayaraq, kino sənətini dərindən öyrənmək, onun sirlərinə yiyələnmək arzusu gənc sənətkarı kinofabrikdə dramaturq kimi çalışmağa həvəsləndirir.. Kinonun problemləri Cəfəri təkcə bir yazıçı kimi deyil, həm də bir mədəniyyət xadimi kimi həmişə narahat etmişdir. O, kinoya çox ciddi münasibət bəsləyir, onun böyük gələcəyinə inanırdı. Gəlmələrin arasında kəmsavadlarla rastlaşanda qanı bərk qaralırdı, dyirdi ki, gör Azərbaycan kinosu kimlərin əlində qalıb. Belələri ilə çox uzağa gedə bilməyəcəyik. Bakı kinofabrikinin mövcud vəziyyəti, buradakı çatışmazlıqlar, kadr siyasətindəki nöqsanlar, Azərbaycan kinosunun sabahı C.Cabbarlını bərk narahat edirdir. Cəfər Cabbarlı Bismillah filmində öz körpəsi Aydını çəkdirir, qardaşı qızı Mələk xanımı özü quruluş verməyə hazırlaşdığı “Almaz” filmində Yaxşı roluna təsdiq edir.
1920-30-cu illər Azərbaycan ədəbiyyatında Cəfər Cabbarlı qədər müxtəlif qadın obrazları yaradan, qadın talelərini, düşüncəsini əsərlərinin mərkəzinə gətirən və ümumiyyətlə, qadın mövzusunu aktuallaşdıran ikinci bir yazıçı tapmaq çətindir. Azərbaycan kinosunun ilk dövrü Cabbarlının adıyla sıx bağlıdır., onun ssenariləri ekranlaçdırılır “Hacı Qara.”,”Sevil”, “Almaz” filmlərinin azərbaycan kinosunda xüsusiyeri var.
Emin Əlizadə