“Milli Mənəviyyat” müstəqil beynəlxalq qəzetinin Türkiyə təmsilçisi, dəyərli jurnalist, hörmətli xanım Gülnarə Bilbayın doğum günüdür.



Əslən azərbaycanlı olan və uzun illərdir qardaş Türkiyə Cümhuriyyətində yaşayaraq milli- mənəvi dəyərlərimizi layiqincə təbliğ edən hörmətli xanım Gülnarə Bilbayın doğum günü münasibəti ilə təbrik edirik!
O, fəaliyyət göstərdiyi müddət ərzində təkcə jurnalist kimi deyil, həm də milli kimliyimizin, dilimizin, adət-ənənələrimizin qorunması və yaşadılması istiqamətində yorulmadan çalışan ziyalı simalardan biri kimi tanınır. Onun qələmindən çıxan yazılar, gördüyü işlər Azərbaycanla Türkiyə arasında mənəvi körpünün daha da möhkəmlənməsinə xidmət edir.
Doğum günü münasibətilə “Milli Mənəviyyat” qəzetinin kollektivi adından, baş redaktor Vəli Əliyev təbrik edir, Möhkəm can sağlığı, uzun ömür, tükənməz enerji və yaradıcılıq uğurları arzulayır. Arzu edirik ki, gördüyünüz bütün işlərdə daim uğur Sizinlə olsun, həyatınız sevinc və xoş günlərlə dolu keçsin.
Milli dəyərlərimizin keşiyində duran belə dəyərli insanların varlığı hər zaman qürurvericidir.
Doğum gününüz mübarək!