Abbas Mİrzə Şərifzadənin yaradıcılığı
Mədəniyyət və İncəsənət
4-02-2023, 21:31
188
Teatrda romantik axının Hüseyn Ərəblinskidən sonra ən taninmış nümayəndəsi faciə aktyoru, rejissor, teatr xadimi, kino sənətimizin inkişafında, təşəkkül tapmasında müstəsna xidmət göstərən Abbas Mirzə Şərifzadə 1893 –cü ildə mart ayının 22-də ildə Şamaxının Yuxarı Qala məhəlləsindəı doğulub. Seyid Əzim Şirvaninin açdığı yeni “Üsuli-Cədid” məktəbində dərs deyən atasə Mirzə Əbdül Rəsul geniş dünyagörüşü ilə, yeni ruhlu mədəniyyətə malik insan kimi Şamaxının ən mötəbər müəllimlərindən sayılırmış. 1902-ci ildə Şamaxıda baş vermiş dəhşətli zəlzələdən sonra bir çoxları kimi onlarda Bakıya köçmək məcburiyyətində qalırlar. Beləliklə, yeniyetmə Abbas Mirzənin həyatında sərt bir dönüş yaranır, bütün sonrakı fəaliyyəti Bakı ilə bağlı olur. İlk təhsilini evdə atasından alan Abbas Mirzə Şərifzadə 1903 –cü ildə ikinci rus-tatar məktəbinə daxil olur sonra isə təhsilini davam etdirmək üçün 1906-ci ildə oranı bitirir. 1907-08 Bakıda III Aleksandr adına birinci kişi kimnaziyasına qəbul olunub. Gimnaziyaya qəbul edilərkən yaşı 1895 –ci ildə mart ayını 10 da doğulduğu qeyd edilmişdir. III Aleksandr adına kişi kimnaziyasında şagirdlər siyahısında 35 ci şagird kimi qeyd olunmuşdur. Lakin xəstəlik ona mane olduğuna görə təhsilini davam etdirə bilməmişdir.
A.M.Şərifzadənin teatr aləmində ilk müəllimi əmisi Mirzə Məmməd Tağı olmuşdur. Çünki o zaman Mirzə Məmməd Tağı dini tamaşalar hazırlayır və bu tamaşalarda qardaşı oğluna kiçik rol həvalə edirdi. İlk dəfə 1902 ci ildə əmisi Mirzə Məmməd Tağının təkidi ilə “Şəbih” tamaşasında əsir qız uşağı rolunu çıxış edən Abbas Mirzə müvəvvəqiyyətsizliyə uğramasına baxmayaraq, öz daxilində teatra, səhnəyə qarşı bir meyl duymuşdur. Tamaşanın ən qızğın çağında Şümür (əmisi oynayırdı bu rolu) əlində qılınc əsir qızcığazın üstünə gedir. Rolu ifa edən Abbas Mirzə bu hərəkətdən möhkəm qorxur, qışqırıb səhnədən çıxır və qadınların arasında oturan anasının yanına qaçır. İlk rolda balaca aktyor dindarların mərasimini pozduğu üçün onların qəzəbinə tuş gəlir. (Özünün yazdığı xatirəsində məşqlərdə iştirak etmədiyinə görə).
Gimnaziyada oxuduğu zamanlar, teatra olan marağını gimnaziya şəraitində özünün bu həvəsini yalnız şagirdlərin keçirdikləri tədbirlərdə reallaşdıra bilərdi. O, gimnaziyanın ictimai həyatında fəal iştirak etdiyindən, tədbirlərin birində müəllimindən xahiş edib səhnəyə çıxaraq Lermontovun “Şairin ölümü” şeirini əzbərdən söyləyir. Sonralar özü həmin günü belə xatırlayırdı: “Şeiri söyləyəndə elə bilirdim dilim ağzımda şişib. Bədənim gah qızır, gah soyuyurdu. Ancaq bütün diqqətim şeirin sözlərində, məna və məzmununda idi. Bu məni bir tərəfdən sakit edir, bir tərəfdən daha da coşdururdu. Sonrakı illərdə Abbas Mirzə vaxtaşırı olaraq ev tamaşalarında, məktəb tədbirlərində, həvəskar tamaşalarında çıxış edir. 1907-08 –ci illərdə Şərifzadənin təşəbbüsü ilə azərbaycanlı həvəskar aktyorlar xeyriyyə məqsədləri üçün evlərdə tamaşalar təşkil edirdilər. Müxtəlif yerlərdə “cəmiyyət yığıncağı” binasında və bir sıra başqa binalarda göstərilən tamaşalarda Abbas Mirzə Şərifzadə “Oblovski” təxəllüsü ilə müxtəlif rollarda çıxış edirdi. Ağır xəstəliyi ucbatından gimnaziyanı tərk etmək məcburiyyətində qalır. Bir müddət qardaşı Qulammirzənin yanında ticarət ilə məşğul olur və imkan tapan kimi tamaşalara gedir. Hüseyn Ərəblinski ilə bu tamaşalar əsasındsa tanış olur, onun sənətinə heyran olur. A.M.Şərifzadənin sənət yolundakı maneə atasının onun aktyorluq etməsinə etirazı olur. Mirzə Rəsul bu sənətin xalq arasında həqarətlə qarşılandığını bilirdi. O, ziyalı olsa da, hər halda dövrünün adamı idi. Ona görə də oğluna tez-tez insanların aktyorluq sənətinə necə münasibət bəslədiyini xatırladırdı. Abbasa ya məmur, ya da tacir olmağı tövsiyə edirdi.
1908-ci ildə Abbas Mirzə Şərifzadə ilk dəfə professional aktyorlarla birlikdə Molyerin “Zorən təbib” komediyasının tamaşasında lal qız rolunu oynamaqla əbədi olaraq səhnəyə bağlandı. Bununla taleyini ömürlük səhnəyə bağlayan Şərifzadə «Nicat», «Səfa» mədəni-maarif cəmiyyətlərinin teatr truppalarında aktyor və rejissor kimi fəaliyyət göstərib. Aktyorluğa başladığı ilk illərdə tamaşaların məramnamələrində qardaşı Qulamrzanın adı «Şərifzadə – 1» (Şərifov), onunki isə «Şərifzadə – 2» yazılıb. 1917-ci il 18 oktyabrda kifayət qədər şöhrətlənmiş sənətkar Azərbaycan artistlər ittifaqı yaradıb və özü də onun sədri olub. Abbasmirzənin təşəbbüsü və səyi ilə İttifaqda ikiillik aktyorluq kursu yaradılmışdı ki, bu da ilk milli səhnə təhsilimizin qaranquşu sayılır. İttifaqın əsas idarə heyəti «İsmailiyyə» binasında yerləşirdi və onların hazırladıqları tamaşaların əksəriyyəti də məhz orada göstərilirdi. «İsmailiyyə» binası (İstiqlaliyyət küçəsində, hazırkı Milli Elmlər Akademiyasının prezidiumunun yerləşdiyi binadır). 1918-ci ilin mart hadisələrində erməni daşnakları Bakını tar-mar edəndə «İsmailiyyə» binasını da yandırdılar və İttifaq dağıldı. Məcburiyyət qarşısında qalan Şərifzadə Bakını tərk edib Volqa çayı boyunca uzunmüddətli qastrola çıxdı. Həmin ilin payızında Bakıya döndü. Bu zaman ittifaqın fəaliyyətini bərpa etdi. Həmin qurum bəzən Bakı türk artistləri ittifaqı adlanlrdı.1919-cu ildə «Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti» dram və opera truppasında baş rejissor işlədi. 1920-ci ilin iyununda Bakıdakı bütün teatr dəstələri bir truppada cəmləşərək Birləşmiş Dövlət Teatrosu yaradıldı. Buraya rus, gürcü və digər dillərdə fəaliyyət göstərən, o cümlədən bugünkü Akademik Milli Dram Teatrı daxil idi. Milli teatr 1922-ci ildə ayrılıb müstəqil oldu. 1924-cü ilədək Şərifzadə bir neçə dəfə Akademik teatra baş rejissor təyin edildi. Abbasmirzə Şərifzadə iyirminci illərin sonunda qısa müddət Bakı Türk İşçi Teatrında və kino fabrikində işləsə də, 1928-ci ildə Opera Teatrına baş rejissor təyin olunsa da, onun rejissor, əsasən aktyor yaradıcılığı bilavasitə Milli teatrla bağlıdır. O, Azərbaycan səhnə sənətini başqa məmləkətlərdə tanıtmaqda da böyük işlər görüb. Onun başçılığı ilə aktyorlarımız İranda (1914), Aşqabadda (1917), Hacıtərxanda (1918), Tiflisdə qastrollarda olublar. İki il sonra “Maarif” cəmiyyəti nəzdində yaradılmış teatr kollektivinə qəbul olunur. Qısa müddət ərzində bir-birinin ardınca yeni rollarda çıxış edir. 1911-ci ildə Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” faciəsinin əsas qəhrəmanı olan Qacarın obrazını yaratmaqla özünü artıq peşəkar aktyor kimi təsdiq edir. Cəfər Cabbarlı Abbas Mirzənin o dövrdəki fəaliyyəti barədə yazırdı ki, bu çəlimsiz, arıq, zahirən zəif görünən gəncin içində çox güclü, odlu mənəvi bir qüdrət aşıb-daşmaqdadır. Əsərin müəllifi Ə.Haqverdiyev onu “Şah Qacarın yaradıcısı” adlandırırdı.
Abbas Mirzə aktyorluq sənətinə doğrudan da böyük hörmət, ehtiram hissi gətirməkdə və ona baxan tamaşaçıya bu sənətin nə qədər qüdrətli olduğunu dərk etdirməkdə idi. C.Cabbarlı Azərbaycan teatrının yubileyi ilə bağlı yazdığı “Sərt yollarla” məqaləsində bunu aydın göstərmişdi. Məqalədə Azərbaycan teatrının keçdiyi 50 illik yolun yarısını çox ağır, məşəqqətli, çətin yol adlandırır və bu zaman tarixin iki böyük şəxsiyyət yetirdiyini qeyd edirdi. Onlardan biri Hüseyn Ərəblinski, ikincisi Abbas Mirzə Şərifzadə idi. Cabbarlının fikrincə, bu iki tarixi şəxsiyyət Azərbaycan teatrını - “dizin-dizin sürünən o kimsəsiz cocuğun qollarından tutub ayaq üstə qoydular və qarşıdakı yolların ən işıqlısını göstərdilər”. Cəfər Cabbarlı: “Abbas Mirzə məktəb görməmiş, sənət və onun üsullarını öyrənməmişdir. Lakin o, başdan-ayağa istedaddır. Sənət onunla bərabər doğulmuşdur. Sənət onun qanında və iliyindədir”, - deməkdə haqlı idi. 30 yaşına çatmamış artıq müqtədir səhnə ustaları sırasında öndə yer almışdı. Teatr tənqidi, görkəmli sənətkarlar “Abbas Mirzə fenomeni” haqqında danışır, fikir söyləyir, məqalələr yazırdılar. A.M.Şərifzadə Azərbaycan teatrı tarixinə Hamleti oynayan ilk aktyor kimi daxil olmuşdur. Əsər 1926-cı ildə Dram Teatrının səhnəsində qoyulmuşdu. Tamaşanı Cəfər Cabbarlının tərcüməsi əsasında A.A.Tuqanov səhnələşdirmişdi. Abbas Mirzə Şərifzadə geniş diapazona malik bir sənətkar idi. Məhz bunun sayəsində o, Azərbaycanın mədəniyyət tarixinə təkcə teatr aktyoru, rejissoru deyil, həm də kino aktyoru və rejissor kimi daxil olub. Azərbaycan kino tarixinə ilk milli kinorejissor kimi daxil olmuşdur. Bəzi mənbələrdə qeyd olunur ki, Abbas Mirzə Şərifzadə kinoda əvvəlcə özünü aktyor kimi göstərib. O, 1915 –cı ildə B.Svetlovun çəkdiyi “Knyaz Dəmir Bulat” filmində epizodik rolda oynamış, lakin Nəriman Əbdülrəhmanın son dövrdə 2020–ci ildə çap olunmuş “Azərbaycan kino sənəti tarixi” kitabında onun həmin filmdə baş rola dəvət aldığını amma həmin vaxt A.M.Şərifzadə Orta Asiyada qastrol səfərində olduğuna görə çəkilməmişdi kimi göstərilib. AFKİ-nin nəzdində təşkil olunmuş kinorejissorluq və kino aktyorluq kurslarına daxil olur. Rusiyadan dəvət olunmuş kino mütəxəssislərdən bu sənətin əsaslarını öyrənir
Emin Əlizadə