2022 FİFA Dünya Kuboku

Tədbir 20 noyabr—18 dekabr 2022-ci il tarixlərində Qətərdə keçirilmişdir. Bu, ərəb dünyasında keçiriləcək ilk Dünya Kuboku və 2002-ci ildə Cənubi Koreya və Yaponiyada keçirilən turnirdən sonra tamamilə Asiyada keçirilən ikinci Dünya Kubokudur. Fransa Milli komandası "2018 FIFA Dünya Kuboku"nun finalında Xorvatiyanı 4:2 hesabı ilə məğlub edərək hazırkı çempiondur. Bu turnir 32 iştirakçı komanda ilə sonuncu Dünya Kubokudur, çünki 2026-cı il turniri üçün 48 komandanın iştirakı planlaşdırılır. Turnirdə oyunlar beş şəhər üzrə səkkiz stadionda oynanıb. Qətərin yay istisi və rütubətliliyi səbəbindən bu Dünya Kuboku noyabr və dekabr aylarında keçirilir.

Argentina millisi finalda Fransa yığmasına penaltilər seriyasında qalib gələrək (əsas vaxtda hesab 3:3) 3-cü dəfə çempion olub. Final oyunu dekabrın 18-də Lusail şəhərindəki Milli Stadionunda keçirilib.